Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Nemət Pənahlı buraxıldı

Nemət Pənahlı buraxıldı

Daxili İşlər Nazirliyi ötən ay əfvə düşərək azadlığa buraxılan Nemət Pənahlının saxlanılmasına aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında N.Pənahlının saxlanma səbəbini açıqlayıb: “Nemət Pənahlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün saxlanılıb. Ona rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.

*   *   * 15:21

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və bacısı oğlu Allahverdiyev Əbülfəz bu gün günorta saatlarında saxlanılıblar.

Buna səbəb Pənahlı ilə eyni binada yaşayan AXCP sədri Əli Kərimli ilə bağlı keçirilən növbəti aksiya olub.

Bu barədə  müsavat.com-a Nemət Pənahlının bacısı oğlu Qoşqar Bəylərov məlumat verib. O, dayısının saxlanılması ilə bağlı bunları deyib: “Hər gün Əli Kərimli ilə bağlı binanın önündə bir qrup insan aksiya keçirir. Dayım onlara etiraz edib və deyib ki, hər gün burada nə üçün qışqırırsız, gedin Əli Kərimlinin partiyasının önündə qışqırın, evimdə xəstə var, onu narahat edirsiniz”.

Onun sözlərinə görə, bu zaman dayısını polis bölməsinə aparıblar: “Hazırda o, 21 saylı Nəsimi polis bölməsindədir”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın