Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Neftin qiyməti düşsə də, qalxa bilər – Gültəkinin isə siyasi auksiondakı qiyməti heç vaxt qalxmayacaq…

Neftin qiyməti düşsə də, qalxa bilər – Gültəkinin isə siyasi auksiondakı qiyməti heç vaxt qalxmayacaq…

Hələ siyasi hıçqırıqları eşidilmirdi, D.Əliyeva küçəsində yerləşən 180 kv metrlik mənzilində siyasi ekstaz iniltiləri eşidilən Gültəkin Hacıbəylinin…

Cəmi 27 yaşı var idi, Qaçaq Salahın torpaqlarını işğal edərək Goranboyun Xanqərvənd kəndində 35 yaşında özünə 92 sotluq səltənət quran Gültəkin Hacıbəylinin…

İngilis, fransız, rus, ərəb-fars dillərini əzbərdən bilən bu “xanım” hələ o vaxtlar öz lazımi tələbatlarını ödəmək üçün – yırtıcı, nəm və vəhşət dolu bədən əzalarını oynatmağı öz dilində daha əzbərdən bilirdi. Bu əndamsızlığın Qərbdə də bir nümayişi olmalıydı axı. İngilisdən daha çox ingilis olmağı bacaran bu “qadın” mən nə qədər ingilis ola bildimsə, o da həmin həcmdə azərbaycanlı ola bildi… Gültəkin artıq müxalifətdədir, indi Əli Kərimlinin, Cəmil Həsənlinin qəmli və uğursuz gəmisində özünə daha bir mövqe axtarışındadır. Olsun! Amma Allahın qadına verdiyi 10 şəhvət hissindən 9-u bu “qadında” 1 həya hissinə necə məğlub ola bilir?

Azərbaycanda zəlzələ olur, Gültəkin sevinir; xəstəlikdən insanlar dünyasını dəyişir, Gültəkin şadlanır; ermənilər əsgərimizi şəhid edir, Gültəkin sevinc hisslərini üz-gözündə “qəm yumağı”na çevirir; neftin qiyməti düşür, Gültəkin sevincdən şaqqanaq çəkir; ermənilər bizi raketlə vuracağını deyir, sevincdən Gültəkinin dodaqları oynayır; Nə baş verir, cənablar?! 10 il deputat olan Gültəkini əbədi “deputat tacı” ilə taclandırmalı idik? Deputat mandatını itirəndən sonra miskin, rəzil və məkrli niyyətlərini bu dəfə müxalfiətsayağı, özü də daha geniş qəhvəşüvənliklə yerinə yetirmək istəyənlərin yuvası bizə nə vəd edir?

Vaxtilə Milli Məclisdə deputat kürsüsündə oturub özündən “Mat Tereza” düzəldən Gültəkin YAP-ın mitinqlərində drijorluq etmirdimi? “Ay camaat, regionun avanqard partiyası olan YAP-a səs verin” deyən bu Gültəkin deyildimi? Bir neçə gün öncə Milli Şurada təmsil olunan siyasi “bomj”ların “zoom”dakı söhbətlərini izlədim! Görün, Azərbaycanı kimlər və hansı əxlaqla idarə etmək istəyirlər? Gültəkin “zoomkonfrans” vasitəsi ilə bütün “şuraçı”lara şad xəbər verir: “Gözünüz aydın, neftin qiyməti 14 dollar 75 sentə düşdü”. Ardınca sevinc gülüşü başlayır, C.Həsənlinin xınalanmış bığları altından muçuqlayan dodaqları bərq vurur, az qalırlar əl çalıb paltarını soyunaraq birlikdə su vannasın qəbul eləsinlər.

Hələ bu harasıdır, “pofessor” C.Həsənli ilə Gültəkin inəyin ərinin necə adlanmasını müzakirə edirlər. Ha fikirləşirlər, heç kəs tapa bilmir, o qədər kişi fikirləşir, bir şey çıxmır ortaya. Paho, sevincək halda qəfildən Gültəkin deyir: “Cəmil müəllim, inəyin ərinə buğa deyirlər…”. Və daha bir gülüş seli… Əxlaqınıza asqırsın sizi dəstəkləyən dana sürüsü… Hakimiyyətin ünvanına söyüşün, qarğışın biri bir qəpikdən… Bu bədbəxtlər hələ də elə bilirlər ki, neftin qiyməti düşsə, Azərbaycanda hakimiyyət dəyişəcək.

Belə olmur axı, bu neft millətin gəlirlərindən milyonlarla insanın qarnı doyuzdurulur, təqaüdlər, pensiyalar, maaşlar verilir, müəllim-həkim-hərbçilər ordusu saxlanılır. Nədir, düşünürsüz ki, bunlar ac qalsalar, guya üsyan olacaq? Hay, hay! Gültəkini çox yaxından tanıyan siyasətçilərdən birinin sözü yadıma düşdü. Deyilənə görə, Gültəkin BDU-da tələbə olduğu vaxtlarda ayda bir dəfə özünə yeni sevgili tapırmış. Onun bu eşqbazlığı universitetdə lətifəyə çevrilib və rəhmətlik qadın professorlardan biri hər ay Gültəkinə deyirmiş: “ay qız, həl ədə 4-cü sevgilinlə birlikdəsən?”

İndi belə bir əxlaq sahibinin xalqa ədəb-ərkan “dərsi” keçməsinə təəccüb etmirəm. Adam şöhrət hərisidir, siyasi qısırlığını siyasi “bomj”lar hesabına ödəyən vandaldır, yırtıcı quşdur! Milli Şuraya gəldiyi andan etibarən Azərbaycan siyasətinə “massaj salon”larındakı 50 manatlıq “xidmət” sektorunu menicmentini transfer edən Gültəkin elə bu qurumda kimlərin evini dağıtmadı ki!? Bədbəxt Fuad Qəhrəmanlı, diletant İlham Hüseyn onun ən asan şikarlarındandır. Birinin evi dağıldı, o biri də az qalıb ki, şalvarını da girov qoysun. Maraqlıdır ki, Gültəkin Hacıbəyli özünətəmsil olunduğu siaysi “bomj”ların arasında qanuni ər də tapmaq istəmir. Adama deyərlər: ərindən boşanmış subay qadınsan, niyə əqidədaşlarından birinə ərə gedib, normal ailə həyat sürmürsən?

Niyə yalnız siyasi məşüqəliklə kifayətlənirsən? Cünki bilirsən ki, qanuni ərdə olmaq sənin siyasi manevr imkanlarını ciddi məhdudlaşdırır. “Xolostoy” qadın kimi, yeni “ovlar” əldə etmək sənə daha asan və əlverişlidir. “Milli Şura” adlandırılan dərnəyin üzvü Gültəkin Hacıbəyli ilə keçmiş həyat yoldaşının ailə üzvlərinin gərgin münasibəti uzun müddət ictimai müzakirələrdə oldu. Xüsusilə də keçmiş qayınanası onu məhkəməyə verəndən sonra məsələyə maraq daha da artdı.

Biz şəxsi həyatın ictimailəşdirilməsinə qarşıyıq, amma siyasi fiqurların şəxsi həyatı olmur; onların şəxsi yaşamları əsl simalarının daha yaxşı görünməsinə, cəmiyyətin onları daha yaxşı tanımasına səbəb ola bilir. Bu isə vacibdir. Elə vacib olduğuna görə də, Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın gəlini barədə dediklərinə diqqət edək: “Onun mentalitetdən danışmağa heç bir haqqı yoxdur. Mən bircə dəfə də olsun, onun özündən mentalitetimizə uyğun hansısa davranış görməmişəm. Nə oğlumla bir yerdə yaşayanda, nə də ayrılandan sonra. 2005-ci ildə Gültəkinin heç bir hüquqi əsası olmadan qayınanasını və ərini məhkəmələrə verib, üç il müxtəlif instansiyalarda süründürüb, əmlakına həbs qoyduraraq, satdırıb, pulunu əllərindən alması mentalitetimizə uyğun idi ki!? Mənim ona hətta keçmiş zamanda belə, “gəlin” deməyə dilim gəlmir. Çünki o, heç vaxt gəlin, ana, həyat yoldaşı olmayıb, hər zaman elə indiki kimi hikkəli bir qadın olub. Əslində lap əvvəldən oğlumun onunla ailə qurmasına qarşı idim. Son dövrlərdə gedib ölkəsini satanlara qoşulandan, xalqına və millətinə xəyanət edəndən sonra əsl üzünü hamı gördü. Amma bu sifət onda elə hər zaman olub. O, bizim ailəmizə çox ağrılar yaşadıb. “Gəlinim” olduğu 14 ay müddətində də bizə qarşı böyük haqsızlıqlar edib, indi də həmin yoldadır. Mən, oğlum, digər qohumlarımız da ona görə çox əsəb, narahatlıq, gərginlik keçirmişik”.

G.Hacıbəylinin bu gün bir neçə yüz adamın qarşısına çıxıb “haqq-ədalətdən” danışması ümumiyyətlə, heç bir çərçivəyə sığmayan bir haldır. Çünki bu fərd hələ deputat olduğu dövrlərdə onlarla qaçqının və əlillərin, şəhid ailələrinin haqqına girərək, dövlətin onlara məxsus aid etdiyi torpaqlara güc yolu ilə sahib olurdu. Misal üçün, bir faktı önə sürə bilərik. Belə ki, G.Hacıbəylinin 2008-ci ildə Mehdiabad bələdiyyəsindən şantaj və həyasızlıq vasitəsi ilə torpaq qoparması haqqında sübutlar bu gün də qalmaqda davam edir. Elə də uzağa getməyərək, həmin ərəfələrdə adıçəkilən qəsəbənin bələdiyyə sədrinin müavini olmuş BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikirlərini xatırlayaq.

“Həmin illərdə mən Mehdiabad bələdiyyəsinin sədr müavini olmuşam” –deyə xatırladan N.Orduxanlı sözügedən açıqlamasında deyib. SİTAT: “Bilirəm ki, yadınızdan çıxmayıb bələdiyyə gəlib, iki ailə üzvünüz olduğu halda, 12 sot torpaq götürməyiniz. “Əlillər” massivindən aldığınız torpağı xatırladınız? Uca səslə deyridiniz ki, “Mən millət vəkiliyəm, prezident seçkilərində ölkə başçısının vəkili olmuşam! Bu gün müdafiə etdiyiniz Xədicə İsmayılı, Leyla Yunusu, İntiqam Əliyevi, Tofiq Yaqublunu, Əli Kərimlini və Cəmil Həsənlini necə ittiham edirdiniz?! Bu adamları “xalq düşməni” adlandırdınız… Deyə bilərsinizmi, o zaman daha səmimi idiniz, yoxsa indi?! Bu hadisənin canlı şahidləri də var”.

Göründüyü kimi, “Milli Şura” üzvü G.Hacıbəyli törətdiyi bütün çirkli əməllərə görə əlahəzrət ədalət qarşısında cavab verir. Belə bir şəxsin bu gün sosial şəbəkələrdə, xarici kəşfiyyat orqanlarının maliyyələşdirdiyi internet TV-lərdə tez-tez haqq-ədalətdən, mənəviyyatdan moizələr oxuması heç bir əndazəyə sığmır. Təpədən-dırnağa qədər bataqlığa batmış “Milli Şura”nın dolanbaclarında veyillənən, riyakarlığı, satqınlığı və xəbisliyi ilə tanınan, hər addımda AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəyli kimilərin fəaliyyətini cəmiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq rədd edir.

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”

“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq …