Ana səhifə / Siyasət / Neftçilərin cəsədləri Qazaxıstanla sərhəddə tapılıb

Neftçilərin cəsədləri Qazaxıstanla sərhəddə tapılıb

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bu gün keçirdiyi mətbuat konfransında sosial şəbəkələrdə şirkətin ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

Azinforum.az saytı xəbər verir ki, o, “Günəşli” platformasındakı işçilərin xilasedici jiletlərinin olmaması və onların hadisə günü mindiyi qayığın keyfiyyətsiz olması barədəki iddiaların əsassız olduğunu deyib: “Yazırlar ki, SOCAR küləyin olduğunu bildiyi halda işçiləri niyə təxliyə etməyib. Bayır işlərinin məhdudçaşdırlması təxliyə demək deyil. Təxliyə o halda olur ki, ya özülün dayaqlarında qəza olur, ya da platformada qaz partlayışı təhlükəsi. Təxliyə ilə işin gedişinin dayandırılması anlayışlarını qarışdırmaq olmaz. Əgər işçilər platformada olsaydı, 63 ölü olardı.

İnsanların bir gün əvvəl oradan çıxarılmalı olduğunu yazırlar. Bu, o halda olur ki, ya özülün dayaqlarında qəza olur, ya da partlayış təhlükəsi olur”.

X.Məmmədov xilasedici qayıqlarla bağlı da yazılanları əsassız adlandırdı: “Sosial şəbəkələrdə çox status yazırlar ki, qayıqlar keyfiyyətsizdir. Belə deyil. Həmin qayıqlar 2011-ci ildə Cənubi Koreya istehsalı olan şirkətdən alınıb və müasir tələblərə cavab verir”.

Xaliq Məmmədov əlavə edib ki, son tapılan 6 cəsəd Qazaxıstanla sərhəddə tapılıb: “Küləyin istiqamətinə əsasən elmi nəzəriyyəyə görə isə onlar İranla sərhəddə tapılmalı idi, amma əks istiqamətdə tapıldı. Azərbaycan helikopterləri Qazaxıstan ərazisinə də keçir və orada axtarış aparır”.

Sonda mətbuat konfransında həmin qayıqlarla bağlı videoçarx nümayiş etdirildi.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın