Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Neftçalanın icra başçısı Facebookda sərt status yazanları hədələyir

Neftçalanın icra başçısı Facebookda sərt status yazanları hədələyir

Neftçala rayon icra başçısı İsmayıl Vəliyev rayon haqqında sosial şəbəkələrdə sərt status yazanlara hədə-qorxu gəlir.

Bu barədə Modertor.az saytına adının çəkilməsini istəməyən Neftçala sakinləri məlumat verib.

Bildiriblər ki, Facebookda sosial problemlərdən gileylənən sakinləri icra başçısı kabinetinə gətizdirərək hədə-qorxu gəlir. Bir də Facebookda rayon haqqında status yazacaqları təqdirdə onları həbs etdirəcəyini deyir.

Sakinlər qeyd ediblər ki, başçı şəxsən özü saxta profillə Facebooku izləyir, rayon haqqında səhifələri nəzarətdə saxlayır.

Başçı qaz-işıq problemlərindən şikayərt edən sakinlərə tapşırıq da verir: “Gedin inkişafdan, tikinti-quruculuq işlərindən yazın, problemlərdən yazsanız sizi həbs etdirəcəm”.

Həmçinin oxuyun

Novella Cəfəroğlu: “İki adam tutulanda az qalırdı, başımıza bomba yağdırsınlar, indi isə…”

Dünyanın neoimperialist siyasət yürüdən güclərinin beynəlxalq hüququ istəyəndə ayaqları altına aldığını, özlərinə lazım gələndə başlarına …

Bir cavab yazın