Şənbə , Avqust 15 2020
Ana səhifə / Siyasət / Nazirlikdən yalançı “əmək müfəttişləri” ilə bağlı — AÇIQLAMA

Nazirlikdən yalançı “əmək müfəttişləri” ilə bağlı — AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrı-ayrı şəxslərin özlərini “əmək müfəttişləri” kimi təqdim edərək bəzi sahibkarlıq obyektlərində yoxlamalar aparmaq istəməsi faktları barədə məlumatlar daxil olub

Nazirliyin mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlara müraciət edib: “Ölkədə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində aparılan işlərin davamı olaraq 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırılıb. Həmin vaxtdan etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir.
Hazırda bu və ya digər sahibkarlıq obyektində kiminsə özünü “əmək müfəttişi” kimi təqdim edərək yoxlama aparmaq istəməsi də dələduzluqdan başqa bir şey deyil.
Ona görə də sahibkarlardan belə halla qarşılaşdıqları təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə dərhal məlumat vermələri xahiş olunur”.

Həmçinin oxuyun

“Eldar Həsənovun həbsi bununla bağlı ola bilər…” – İsa Qəmbər

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər keçmiş Baş prokuror, …

Bir cavab yazın