“Hazırda ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti sabahdan etibarən mülayimləşəcək”.
Bu barədə Azinforum.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova bildirib.
“Bu gün ölkə ərazisində qarlı hava şəraiti müşahidə ediləcək, bəzi yerlərdə güclənəcək. Sabahdan etibarən hava şəraitinin sabitləşəcəyi və gün ərzində əksər rayonlarda yağmursuz keçəcəyi gözlənir. Fevarlın 4-ə qədər hava şəraiti mülayim olacaq”,- Gülşad Bayramova deyib.