Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nazirlikdən sərt qərar; 4 apteki bağlandı

Nazirlikdən sərt qərar; 4 apteki bağlandı

Əczaçılıq nəzarətinin əsas və vacib istiqamətlərindən biri də topdan və pərakəndə satış əczaçılıq müəssisələrinə nəzarətdir.

Bunu Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov bildirib. Onun sözlərinə görə, bu məqsədlə, İnspeksiya şöbəsi mütəmadi olaraq planlı və plandan kənar yoxlamalar həyata keçirir. Plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır:

`Qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası alınıb. Cari il aparılan yoxlamalar nəticəsində əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb. Bu il ərzində 113 aptekdə reydlər aparılıb, nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb və onların fəaliyyəti dayandırılıb`.

M.Süleymanov əlavə edib ki, istehsalat müəssisəsinin yoxlanılması zamanı istehsalatın bütün mərhələlərini əhatə edən – xammalın keyfiyyəti, avadanlığın yoxlanılması, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, proseslərin validasiyası, sənədləşdirmə sistemi və s. ÜST-ün Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarına uyğunluğu araşdırırlır:

`Bu cür yoxlamalar mütəmadi olaraq aparılacaq, müəssisələrin GMP – inspeksiya planları hazırlanıb. Həmin plana əsasən, ilk növbədə Azərbaycan Respublikasında ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin tələbləri ilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanılması nəzərdə tutulub`.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın