Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Nazirlikdən qar xəbərdarlığı – Temperatur 10 dərəcə aşağı düşəcək

Nazirlikdən qar xəbərdarlığı – Temperatur 10 dərəcə aşağı düşəcək

Sabahdan ayın 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindn “Qafqazinfo”ya verilən məlumata görə, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 09-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 08-09-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 08-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 09-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın