Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Siyasət / Nazirlikdən Cavid Qurbanovla bağlı AÇIQLAMA

Nazirlikdən Cavid Qurbanovla bağlı AÇIQLAMA

Cavid Qurbanovun səlahiyyətləri konkret sahə üzrə təyin olunmayıb. O, ümumi sahələrin kurasiyası ilə məşğul olacaq.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, mayın 24-ü rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilərək, müavinlərin sayı isə 2-dən 5-ə qaldırılıb. Daha öncədən fəaliyyət göstərən iki nazir müavinindən (Rəhman Hümmətov, Rövşən Rüstəmov) əlavə Prezidentin sərəncamı ilə daha 3 müavin vəzifəsinə Fərid Əhmədov, Samir Məmmədov və Azərbaycan Dəmir Yolları QSC-nin sədri vəzifəsindən azad edilən Cavid Qurbanov təyin edilib.

Həmçinin oxuyun

İlqar Məmmədov: “İctimai televiziyada şəklimi həftədə bir dəfə asıb, sığallayırlar”

“İctimai televiziyada şəklimi həftədə bir dəfə asıb, sığallayırlar (Dadaşlinskinin verilişini nəzərdə tutur-red). Amma sözümü efirə …