Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Nazirlikdə struktur dəyişikliyi edildi

Nazirlikdə struktur dəyişikliyi edildi

Energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə nazir Pərviz Şahbazov qurumun yeni strukturunu təsdiq edib. 

“Qafqazinfo” xəbər verir ki, aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb. Yeni yaradılmış struktur vahidlərindən biri  nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir.

Bundan başqa, nazirlikdə iş prosesinin səmərəlilik və şəffaflığını təmin edəcək xidməti yoxlamalar və inzibati-təşkilati nəzarət sektorlarından ibarət daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi, vətəndaşların qəbulu işinin təşkili sektorları formalaşdırılıb. Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub. Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …