Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Siyasət / Nazirlik qərar verdi: Dərmanların yoxlanlması ilə bağlı yenilik

Nazirlik qərar verdi: Dərmanların yoxlanlması ilə bağlı yenilik

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni xidmət yaradılıb.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, vətəndaşların müraciətlərinə operativ yanaşma, problemlərin həlli, qəbullarının mütəmadi aparılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbuluna dair tapşırıqlara əsasən tədbirlər planı hazırlanıb.

Yeni xidməti sahibkar və vətəndaşların müraciətlərinin qəbulu və operativ cavablandırılması, ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin təqdim edilməsi, qeydiyyat sənədlərinin qəbulu və sahibkarlara təqdim edilməsi, eləcə də, şikayət və sorğuların qəbulu və cavablandırılmasını bir pəncərə prinsipi ilə həll edəcək.

Mərkəzə daxil olan vətəndaş və ya sahibkarların müraciətlərinin qeydiyyata alınaraq elektron bazaya daxil edilməsi, dərkənar üçün rəhbərliyə təqdimatı, müraciətin icrası üçün mərkəzin digər şöbələrinə yönəldilməsi, şöbələr tərəfindən icra olunan sənədlərin ərizəçilərə çatdırılması, bilavasitə şifahi müraciət şəxslərin aidiyyəti üzrə yönləndirilərək suallarının cavablandırılması bu xidmət vasitəsilə həyata keçiriləcək. Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq və qanunvericiliyə müvafiq cavablandırılacaq.

Həmçinin oxuyun

Əli Həsənov: “Mən Bakıdayam, amma həbs olunmamışam”

Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada …

Bir cavab yazın