Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Nazirlik müəllimi şillələyən direktoru cəzlandıracaq – VİDEO

Nazirlik müəllimi şillələyən direktoru cəzlandıracaq – VİDEO

Rəhbərlik ciddi qanunsuzluqlara yol verib.
Təhsil Nazirliyi Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllim və direktoru arasında baş vermiş insidentlə bağlı açıqlama verib.
Nazirlik Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbində qanunsuzluqlara yol verilməsi barədə həmin məktəbin bir qrup müəllimi adından Nazirliyə daxil olmuş elektron müraciətlər qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Müəyyən edilib ki, həqiqətən də, məktəbə rəhbərlik və nəzarətin təşkilində ciddi qanunsuzluqlara yol verilib. 
Belə ki, siniflərin komplektləşdirilməsində, buraxılan və əvəz olunan dərslərin uçotunun aparılmasında, təlim-tərbiyə prosesinin təşkilində, icbari təhsilin yerinə yetirilməsində qanunsuzluqlara yol verilib.
Araşdırmanın nəticəsi olaraq, məktəbin direktoru və onun müavinləri barəsində ciddi intizam tənbehinin görülməsi ilə əlaqədar müvafiq sənədlər hazırlanır.
Qeyd edək ki, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin direktoru müəllimi sillələyib. Müəllimin sözlərinə görə, məktəbin direktoru Mənsurə Şahverənova onu təhqir edərək, müəllim kollektivi və şagird kontigentinin içərisində hücum edib, sillə vurub.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın