Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Nazirlik: Elmi-Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ödənişsiz ürək əməliyyatı edilib

Nazirlik: Elmi-Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ödənişsiz ürək əməliyyatı edilib

Son 5 ildə M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ürək əməliyyatı olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, bu əməliyyatların 100-nü qapalı, qalanları isə açıq ürək əməliyyatları təşkil edib.
Məlumata görə, keçən il Mərkəzdə ümumilikdə uşaqlar üzərində keçirilən əməliyyatların sayı 300-ü keçib. “Mərkəzdə hətta 1 günlük, 4 günlük uşaqların ürəklərində əməliyyat aparılır. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir”, – deyə məlumatda bildirilib.
Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb. Əgər 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enib.
Qeyd edək ki, Mərkəz 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın