Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Siyasət / Nazirlik bağlanan banka iddia qaldırdı – Məhkəmə prosesi

Nazirlik bağlanan banka iddia qaldırdı – Məhkəmə prosesi

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti lisenziyası ləğv edilmiş “Zaminbank” ASC-ni məhkəməyə verib.

Dövlət xidməti kredit və ona hesablanmış faizlərin ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan “Zaminbank” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. (Report)

Həmçinin oxuyun

Azərbaycanın “qara siyahı”sına neçə nəfər düşüb?

Rəsmi Bakı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edənləri “arzuolunmaz şəxslər” siyahısına salır. Azərbaycan …

Bir cavab yazın