Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Nazirlərin qadın müavinləri olacaq

Nazirlərin qadın müavinləri olacaq

“Azərbaycan BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiyasına (BMT-nin 1325 saylı qətnaməsi) imza atıb, amma hələlik bununla bağlı fəaliyyət planını qəbul etməyib. Əgər bu plan qəbul edilsə, bütün strukturların rəhbərlərinin müavinlərindən ən azı biri qadın mütləq olacaq”.

Azinforum.az  xəbər verir ki, bunu Milli.Az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, gender bərabərliyinin təmin olunması üçün bütün nazirliklərdə, komitələrdə qadın müavinlər olmalıdır: “Güc, hüquq-mühafizə strukturlarının, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, hətta Müdafiə Nazirliyindən tutmuş bütün digər dövlət qurumlarının hamısının rəhbərlərinin qadın müavinləri olacaq. Əgər Konvensiyanın icrası üzrə müvafiq plan qəbul edilsə, bunlar mütləq həyata keçirilməlidir. Bu, çox vacib məsələdir.

Bizdə bu Konvensiyaya qoşulmadan da qadın nazir müavinləri ola bilər. Ölkəmizdə o qədər savadlı, bacarıqlı qadın dövlət qulluqçularımız var ki… Amma plan qəbul olunsa və mexanizm işləməyə başlasa, artıq bunu etmək hökumət üçün mütləq olacaq. Qeyd edim ki, Gürcüstanda bunu çoxdan etməyə başlayıblar. Onlarda hətta baş nazirin qadın müavini də var. Plan qəbul olunandan sonra bu məsələ bizə də çox rahat şəkildə həyata keçiriləcək”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın