Bazar , Yanvar 16 2022
Ana səhifə / Siyasət / Nazirlər nəyi dəyişəcək?

Nazirlər nəyi dəyişəcək?

Xəbər verdiyimiz kimi, dünən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib. “Qafqazinfo” xəbər verir ki, onun federasiya rəhbəri olması nazirlərin idman federasiyalarında prezident olması ilə bağlı mövzunu yenidən gündəmə gətirdi. 

Belə ki, bundan öncə də Azərbaycandakı idman federasiyalarına nazir və məmur təyinatları böyük müzakirə mövzusu olmuş, bunun idmanın inkişafına müsbət və mənfi təsirləri barədə xeyli danışılmışdı. 

Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasına prezident seçilənə qədər iki federasiyaya rəhbərlik edirdi. Maraqlıdır ki, iqtisadiyyat naziri AGF-nin rəhbəri olmaq üçün Badminton və Qılıncoynatma Federasiyasından getdi. Bunun güləşə nə qədər müsbət təsir edəcəyini isə zaman göstərəcək. 

Həmçinin oxuyun

Düşmənin öz başında çatlayan təxribatı – TƏHLİL

Ötən ilin sonlarında Azərbaycan və Ermənistan dövlət başçılarının Soçi və Brüssel görüşündən sonra iki ölkənin …