Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Siyasət / Nazirlər Kabinetinin üzvləri əvvəlki tərkibdə qaldı

Nazirlər Kabinetinin üzvləri əvvəlki tərkibdə qaldı

Fevralın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

Azinforum.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra olunmasını bu Sərəncamla Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.

Həmçinin oxuyun

Ərsin Tatar Azərbaycana gələcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb. AZƏRTAC …