Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Nazirin oliqarx etdiyi Mətləb Məmmədov: Tender milyonçusu vergi borcunu niyə ödəmir?

Nazirin oliqarx etdiyi Mətləb Məmmədov: Tender milyonçusu vergi borcunu niyə ödəmir?

Azərbaycanda əksər məmurların büdcə vəsaitlərini sağa-sola xərcləməsi adi hala çevrilib. Ölkə prezidenti İlham Əliyev korrupsiya ilə mübarizədə səylər göstərsə də, hələlik bəzi məmurlar qorxmadan öz əməllərini davam etdirirlər.

Bəzi nazir və onların əlaltıları dövlət büdcəsindən ayrılan vəsaitləri aidiyyatı üzrə deyil, öz biznes imkanlarının genişlənməsi üçün yönəldir ki, bu da səxslərin həddən artıq varlanmasına, oliqarxlaşmasına gətirib çıxarır.

Ümumiyyətlə, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun əsas adamı olan Akif Çovdarovun misli görünməmiş özbaşnalığı, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun, onun həbsdə olan adamlarının əməlləri bir daha göstərdi ki, dövlət büdcəsindən milyonlar oğurlanıb. Həbs olunanların məhkəmədə verdiyi ifadələrdən açıq şəkildə görünür ki, söhbət milyonlardan, hətta milyardlardan gedir.

Elə isə, sözügedən nazirliklərdən başqa daha hansı qurumlarda dövlət əmlakının mənimsənilməsi faktları var? Onlar dövlət büdcəsini neçə ogurlayırlar?
Bu günlərdə mediafax.az-a olduqca maraqlı məlumat daxil olub. Faktlardan açıq şəkildə görünür ki, ölkə prezidentinin regionların iqtisadi-inkişaf proqramı çərçivəsində təmir-tikinti adı altında büdcədən ayrılan vəsaitlər ağına-bozuna baxmadan yeyilib.

Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin sifarişləri əsasında təmir-tikinti işləri ilə məşğul olan, əsas tenderlərin qalibi sayılan “Elmi-Bərpa İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti kim idarə edirb? Bu MMC-nin qalibi olduğu tenderlərə ayrılan pullar hara xərclənib?

Məlumatda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyində yüksək çinli məmurlardan birinin nəzarətində olan MMC əsasən Masallı, Salyan, Neftçala, Astara, Yardımlı rayonlarında mədəniyyət evlərinin təmiri, tarixi abidələrin restavrasiyası işi ilə məşgul olub.

Mətləb Məmmədov adına rəsmiləşdirilıimiş sözügedən “Elmi-Bərpa İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti qiyməti milyon manatlarla ölçülən tenderlərin qalibi olub. Mənbə bildirir ki, bu tenderlərdən milyon manatlar mənimsənilib.

Bu yaxınlarda ciddi maliyyə fırıldaqlarının üstünü ört-basdır etmək üçün “Elmi-Bərpa İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dondurulub. Mənbə bildirir ki, bu hal Eldar Mahmudov komandasının həbsindən sonra qorxuya düşən diğər nazirlikdəki qara əməl sahiblərinin qorxuya düşməsi kimi qiymətlənidirilə bilər.

Bütün bunların fonunda vergi borcu olduğu üçün “Elmi-Bərpa İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN-6400154921) direktoru Mətləb Məmmədovun ölkədən çıxışına Vergilər Nazirliyi tərəfindən qadağa qoyulub. Elə işin ən maraqlı tərəfi də budur.

Dövlət əmlakını mənimsəyib oliqarxa çevirilən Mətləb Məmmədov niyə vergi borcunu ödəmir? Məlumatda qeyd olunur ki, MMC-yə ayrılan vəsaiti doğru-dürüst xərcləməyən, təmir-tikinti işlərini olduqca keyfiyyətsiz aparan Mətləb Məmmədov dövlət büdcəsindən ayrılan pullara özü üçün əməlli bağlı şərait qurub. Bura, bahalı avtomobillərdən tutumuş, sayı bilinməyən mənzillər aiddir.

Həmçinin oxuyun

Abbas Əraqçi: “İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub”

“Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə …

Bir cavab yazın