Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Nazirdən sədrt addım; 14 məktəb direktoru rüşvətə görə işdən qovulub

Nazirdən sədrt addım; 14 məktəb direktoru rüşvətə görə işdən qovulub

Azərbaycanın təhsil sistemində rüşvətə qarşı ciddi mübarizə aparılır.

Bu barədə təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin “Sentyabr konfransı”nda çıxışı zamanı bildirmişdi.

Nazir diqqətə çatdırmışdi ki, təhsil sistemində mənfi mühiti formalaşdıran amillər var və bu amillərin ilk sırasında korrupsiya, rüşvət halları gəlir.

M.Cabbarov həmin çıxışında israrla xəbərdarlıq etdmişdi ki, kim rüşvət alarsa, vəzifəsindən aslı olmayaraq işdən qovulacaq, barəsində cinayət işi açılacaq.

Nazirin qeyd etdiyi kimi, Azərbaycanda rüşvətə görə neçə məktəb direktoru cəzalandırılıb?

AzVision.az-ın Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, 2015-ci ilin əvvəlindən bu günədək Respublika üzrə 14 məktəb direktoru işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Təhsil Nazirliyindən onu da qeyd ediblər ki, Rayon Təhsil Şöbələrinə gəldikdə isə, 2014-cü ildə Quba, 2015-ci ildə Saatlı Rayon Təhsil Şöbələrinin müdirləri vəzifə funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə, onlarla bağlanmış əmək müqavilələri ləğv edilib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın