Ana səhifə / Siyasət / Nazirdən “Formula 1” açıqlaması: “Ledi Qaqaya 1 milyon dollar qonanar ödədik”

Nazirdən “Formula 1” açıqlaması: “Ledi Qaqaya 1 milyon dollar qonanar ödədik”

“Bu il “Formula 1″ azarkeşlərini əyləndirmək üçün Bakıya dünyaca məşhur ulduz gələcək”.

Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Nazir xatırladıb ki, Bakıda keçirilən ilk Qran Pridə həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu: “Bu il ola bilsin, əyləncə hissəsi ötən ilki səviyyədə olmasın. Dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonararına gəlincə, nazir qeyd edib ki, rəqəmlər heç kim üçün sirr deyil: “Bu sahədə olan mütəxəssislərə məlumdur ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Kimi 30-50 min, kimi 300 min dollar qarşılığında çıxış edir.

Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonanar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq.

 Onu da qeyd edim ki, bu il yeni avadanlıqlar alınmayacaq, ötən ilki hasardan istifadə olunacaq. Ümumilikdə daha az maliyyə xərclənəcək”. (azvision)

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın