Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Nazirdən daha bir rəis təyinatı

Nazirdən daha bir rəis təyinatı

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilmişdi.REKLAM

Binəqədinin rəisi Namiq İsmayılov isə yaş həddinə görə təqaüdə göndərilib.

Qeyd edək ki, son günlər nazir polis rəislərinin yerinin dəyişdirilməsi və onların sərəncama götürülməsi ilə bağlı intensiv əmrlər verib.

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …