Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Siyasət / Nazir xalası nəvəsini rəis təyin etdi

Nazir xalası nəvəsini rəis təyin etdi

Gənclər və İdman naziri Fərid Qayıbov bu qurumun nəzdində yaradılan Regional Gənclər və İdman İdarələrinin rəhbərliyinə təyinatları davam etdirir.

Nazir ötən gün Teymur Babazadəni yeni yaradılan Lənkəran-Astara Regional Gənclər və idman İdarəsinə rəis təyin edib. 

Nazirin bu təyinatı müzakirə və mübahisələrə səbəb olub. Fərid Qayıbov kadr seçimində şəxsi münasibətlərə üstünlük verməkdə ittiham edilib. 

Belə ki, Teymur Babazadə nazirin xalası nəvəsidir. O, bu təyinata kimi, Lənkəran Gənclər və İdman İdarəsinin rəisini əvəz edib. Bölgədə daha təcrübəli kadrların olduğu halda, nazirin bir gün belə rəis işləməmiş şəxsi bir neçə rayonu əhatə edən idarəyə rəhbər təyin etməsi tənqidlə qarşılanıb.

Həmçinin oxuyun

BMT: “Azərbaycan Xankəndidə məişət xidmətlərinin bərpasına hazırlaşır”

Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır.Bu barədə BMT-nin Azərbaycanın Qarabağ regionuna …