Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nazir tibb müəssisələrinin rəhbərlərinə tapşırıq verdi

Nazir tibb müəssisələrinin rəhbərlərinə tapşırıq verdi

Səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb. Əmrdə respublikasının şəhər və rayonlarında doğuşayardım xidmətinin təşkili, fəaliyyətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi nəzərdə tutulub. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Respublika Perinatal Mərkəzinə, Azərbaycan Tibb Universitetinin I və II mama-ginekologiya kafedralarına, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına doğuşayardım xidməti üzrə respublikanın regionlarına getmələri tapşırılır.

Eyni zamanda, həmin müəssisələrin rəhbərlərinə tapşırılır ki, doğuşayardım xidmətinin təşkili, onun keyfiyyətinin yaxşılaşdırılması, görülən işlər barədə nazirliyə mütəmadi məlumatlar verilməsi tapşırılıb. Rayon mərkəzi xəstəxanaların baş həkimlərinə doğuşayardım xidmətini şəxsi nəzarətdə saxlamaqla, aidiyyəti mütəxəssislərin məsuliyyətinin artırılması və ambulator–poliklinik müəssisələrin, qadın məsləhətxanalarının və doğum evlərinin fəaliyyətinin əlaqələndirilməsi tapşırılıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın