Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Nazir: “Müşfiqin heykəlini götürənlər məsuliyyətə cəlb olunmalıdır”

Nazir: “Müşfiqin heykəlini götürənlər məsuliyyətə cəlb olunmalıdır”

”Mikayıl Müşfiqin abidəsinin götürülməsi bizim hamımızı sarsıtdı. Məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşmadır”.

APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu fakt Azərbaycan qanunlarına hörmətsizlik deməkdir: “Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Ona görə də, abidənin götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Çox narahatıq. Artıq “Azəravtoyol”un rəhbərliyi ilə ciddi söhbət aparmışıq. Bütün bərpa işləri onların hesabına aparılacaq. Mən əminəm ki, bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır. Biz ictimaiyyəti əmin etmək istəyirik ki, bütün proseslərə ciddi nəzarət edirik. Müşfiqin heykəli mütləq bərpa olunacaq”.

Həmçinin oxuyun

“Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

Azərbaycanın tarixi şəhəri olan Şuşada vaxtilə qanunsuz məskunlaşdırılmış ermənilərdən biri separatçıların lideri Arayik Arutyunyana üsyan …

Bir cavab yazın