Şənbə , Yanvar 16 2021
Ana səhifə / Siyasət / Nazir müavini Çovdarov istintaqından danışdı

Nazir müavini Çovdarov istintaqından danışdı

Səhiyyə nazirinin müavini Elsevər Ağayev istintaqa cəlb olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo”nun məlumatına görə, nazir müavini ans press-ə verdiyi açıqlamada bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Mən heç bir istindaqa cəlb olunmamışam. Yayılan məlumatların hamısı yalandır”.

Xatırladaq ki, dünən səhiyyə nazirinin müavini Elsevər Ağayevin “MTN işi” ilə bağlı Baş Prokurorluqda dindirildiyi barədə məlumatlar yayılıb.

Yayılan məlumata görə, nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub. Şikayətdə deyilib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov 2006-cı ildə Adil Məmmədovdan hər il 1milyon dollar pul tələb edib.

Adil Məmmədov öz növbəsində məsələ ilə bağlı Elsevər Ağayeva şikayət edib. Buna cavab olaraq nazir müavinin “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?” dediyi iddia edilir.

Həmçinin oxuyun

Afsəddin Nəbiyev: “Biz “xəstə təfəkkürlə” sağalmaz bəlaya düçar olmuş toplumla üz-üzəyik”

Azərbaycan hökuməti işğaldan azad olunmuş Suqovuşan kəndindəki “Suqovuşan-1”, “Suqovuşan-2”, Laçın rayonunun Güləbird kəndindəki “Güləbird” su …

Bir cavab yazın