Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / Nazir Məmməd Musayevin oğluna YÜKSƏK VƏZİFƏ VERDİ – FOTO

Nazir Məmməd Musayevin oğluna YÜKSƏK VƏZİFƏ VERDİ – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə, Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.
Sözügedən xəbəri Dövlət Məşğulluq Xidmətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …