Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nazir Kəmaləddin Heydərov vətəndaşları qəbul edib – Qobustanda

Nazir Kəmaləddin Heydərov vətəndaşları qəbul edib – Qobustanda

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qobustan rayonunda vətəndaşlarını qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb.

Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə əlaqədar olub.

Qəbulda Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.

Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın