Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Siyasət / Nazir istedadlı “çoban”a vəzifə verdi – VİDEO

Nazir istedadlı “çoban”a vəzifə verdi – VİDEO

Məlahətli səsi və peşəkar ifası ilə sosial şəbəkələrdə məşhurlaşan, çoban olduğu bildirilən gənc Pərvin Səfərovla bağlı məlumat vermişdik.

Video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi istedalı gənc P.Səfərovla maraqlanıb.

Mia.az-ın məlumatına görə, nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və Mətbuatla İş sektorunun müdiri İntiqam Hümmətov unikal.org-a deyib ki, Pərvin Səfərov yaşadığı kəndin mədəniyyət evində işə götürülüb:

“Mətbuatda onun ifasının əks olunduğu video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin göstərişi ilə bizim əməkdaşlar Pərvin Səfərovla əlaqə saxladı.

Nazirliyin Biləsuvar Regional Mədəniyyət Turizm İdarəsinin rəhbərliyi Pərvingilin evində ailəsi ilə görüş keçirib. Bu gün Pərvin Səfərov Salyan rayonunda keçirilən bir tədbirə dəvət olunub və orada çıxış edib.

Nazirlik rəhbərliyinin göstərişinə əsasən O, Qaçaqkənd kəndində yerləşn mədəniyət evinə işə götürülüb. Əməkdaşlarımız onun yaradıcılığını diqqətdə saxlayacaq və lazımi köməklik göstərəcəklər”.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın