Ana səhifə / Siyasət / Nazir: Hərbi əsirlər mövzusu bağlanıb

Nazir: Hərbi əsirlər mövzusu bağlanıb

Hərbi əsirlər mövzusu artıq həllini tapıb. Bu mövzu bağlanıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə birgə keçirilən mətbuat konfransında deyib.Nazir bildirib ki, Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verib, Ermənistan isə Azərbaycana 12-yə yaxın hərbi əsiri qaytarıb.

XİN başçısı vurğulayıb ki, 10 noyabr razılaşmasından sonra Azərbaycanın nəzarətində olan ərazilərdə təxribatlar törədilməsi nəticəsində 4 hərbçimiz həlak olub, bir mülki şəxs yaralanıb. Azərbaycan tərəfinin keçirdiyi əməliyyat zamanı 62 nəfər saxlanılıb.

“İstinaq nəticəsində həmin şəxslərin 26 noyabr tarixində Azərbaycan ərazilərində yerləşdirilməsi faktı öz təsdiqini tapıb. Azərbaycan qanunlarına əsasən, onlar cinayət əməli törədiblər. Şəxsin hərbi əsir adlandırılması üçün hərbi əməliyyatlar olmalıdır, lakin bu olmadıqda onları terrorçu adlandırmaq olar. Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişdik, belə əməllərin regionda təhlükəsizliyə ciddi təhdid olduğunu və bununla bağlı Ermənistana ciddi təzyiq göstərilməsinin vacibliyini vurğulamışıq”, – deyə C.Bayramov qeyd edib.

Həmçinin oxuyun

“Le Monde” nəşri: Fransa Azərbaycanla münasibətləri qaydasına salmağı arzulayır

Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə …