Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Nazir Gəncə şəhəri ilə bağlı əmr verdi

Nazir Gəncə şəhəri ilə bağlı əmr verdi

Səhiyyə naziri Oqtay Şirəliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar prezidentin 1805 saylı nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə əmr imzalayıb.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, əmrdə tədbirlər planının təsdiq edilməsi, görülən işlər barəsində nazirliyə məlumatlar verilməsi tapşırılır.

Gəncə Tibb Kollecində “Erkən nigahların, pis adətlərin sağlamlığa mənfi təsiri”, “Gənclərin keçmişi və bu günü”, bilik yarışının, “2016-cı il Avropa gənclər paytaxtı” devizi altında idman yarışlarının kecirilməsi nəzərdə tutulub.

Eyni zamanda Planda zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə və səhiyyənin başqa aktual problemləri haqqında ali və orta təhsil müəssisələrin gəncləri üçün həkim-mütəxəssislərin görüşləri və mühazirələrin təşkili, əhali arasında məişət zorakılığın mənfi tibbi-psixoloji nəticələrinin izahı, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı maarifləndirmə tədbirlərinin keçirməsi planlaşdırılıb.

Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyində olan müəssisələr tərəfindən nikaha daxil olan gənclərin ailənin planlaşdırılması məsələsi üzrə mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi təminatı tapşırılıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın