Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Nazir: “Dağlıq Qarabağın azәrbaycanlı icmasının nümayәndәlәri dә “Chatham House”da çıxış edəcək

Nazir: “Dağlıq Qarabağın azәrbaycanlı icmasının nümayәndәlәri dә “Chatham House”da çıxış edəcək

“Dağlıq Qarabağın azәrbaycanlı icmasının nümayәndәlәri dә Londonda Bako Saakyanın görüşdüyü şəxslərə öz fikirlәrini çatdıracaqlar”.
APA-nın mәlumatına görә, bu sözlәri Dağlıq Qarabağdakı separatçıların başçısı Bako Saakyanın Böyük Britaniyaya səfərinə münasibət bildirən Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov deyib.
Nazir xatırladıb ki, Azәrbaycan XİN və ölkənin Londondakı sәfirliyi B. Saaakyanın sәfәri ilә bağlı açıqlama yayıb: “O, İngiltәrәyә şәxsi qonaq kimi gedib. Sәfәr Ermәnistan pasportu ilә baş tutub. Lakin araşdırmaq lazımdır ki, niyә Ermәnistan pasportu ilә ona viza verirlәr? Çünki bir tәrәfdәn Ermәnistan bәyan edir ki, onlar müstәqildirlәr, digәr tәrәfdәn isə həmin şəxs İngiltәrәyә, daha әvvәl isә ABŞ vә Fransaya gedәndә Ermәnistan pasportundan istifadә edir. Bunlar şәxsi sәfәrlərdir. Biz yenә dә bununla bağlı bir neçә dәfә İngiltәrәnin Xarici İşlәr Nazirliyinә etirazımızı bildirmişik. İngilәtәrә parlamentindә madam Koks kimi adamlar var. Onların qanunlarına görә, kimi istәsәlәr, dәvәt edә bilәrlәr. Amma bu, o demәk deyil ki, İngiltәrә parlamenti nәyisә tәsdiq vә ya qәbul edir. Digәr tәrәfdәn, Bako Saakyan ermәni icmasının fikrini “Chatham House”da çatdırırsa, Azәrbaycan icması da fikirlәrini çatdırmalıdır. Biz biz artıq bu barәdә danışıqları başa çatdırmışıq. İndi sәfirliyimiz vasitəsilə bunun vaxtını müәyyәnlәşdiririk. Azәrbaycan icmasının nümayәndәlәri dә Londonda Bako Saakyanın görüşdüyü şəxslərə öz fikirlәrini çatdıracaqlar”.

 

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın