Ana səhifə / Siyasət / Nazir aviabilet və dərmanların qiymətini nəzarətə götürdü

Nazir aviabilet və dərmanların qiymətini nəzarətə götürdü

“Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb”.

Azinforum.az xəbər verir ki, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. O, qeyd edib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək: “Bununla yanaşı, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək”.

Nazir eyni zamanda qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlili aparılır və qiymətlərin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın