Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Nazir əmr verdi, prorektor vəzifədən alındı

Nazir əmr verdi, prorektor vəzifədən alındı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı vəzifəsindən azad edilib.

Mia.az AzNews.az-istinadən xəbər verir ki, bununla bağlı Gənclər və idman naziri Azad Rəhimov əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumatı təsdiqləyib. Bildirib ki, Y.Babanlı akademiyada aparılan struktur dəyişikliyi ilə əlaqədar vəzifədən kənarlaşdırılıb: “Ölkədə hal hazırda optimallaşma siyasəti aparılır. Bunu nəzərə alaraq təhsil ocaqlarında da dəyişikliklər aparılır. Dəyişikliklər nəticəsində akademiyada prorektorların sayının azaldılmasına başlanılıb. Y.Babanlı da buna görə prorektorluqdan uzaqlaşdırılıb”.

S.Məmmədov onu da bildirib ki, Y.Babanlı nazirin əmri ilə digər vəzifəyə təyinat alıb: “Keyfiyyətin daha da yaxşılaşdırılması məqsədilə o, rektorun müşaviri vəzifəsinə təyinat alıb. Lakin səlahiyyətləri eyni qalıb, heç bir dəyişiklik yoxdur”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın