Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / NAZİR ƏLİ ABBASOV İŞ BAŞINDADIR – AÇIQLAMA

NAZİR ƏLİ ABBASOV İŞ BAŞINDADIR – AÇIQLAMA

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması ilə bağlı mətbuatda məlumatlar yayılıb.

KİV-lərin yaydığı xəbərə görə, prezident İlham Əliyevin sərəncam ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunub.

AzVision.az nazirliyin mətbuat xidmətilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çalışıb.

Nazirliyin mətbuat katibi Müşfiq Əmirov bildirib ki, yayılan məlumat doğru deyil: “Nazirlə indi danışdım. O hazırda iş başındadır. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər yalandır”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın