Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Nazirə şikayət etdilər – Şöbə müdirini işdən çıxardı

Nazirə şikayət etdilər – Şöbə müdirini işdən çıxardı

Biləsuvar Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov işdən çıxarılıb.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, 8 fevral 2019-cu il tarixində Neftçala rayonunda Təhsil naziri Ceyhun Bayramov tərəfindən keçirilən vətəndaşların qəbulu zamanı Biləsuvar rayon ümumi təhsil müəssisələrində baş vermiş qanunsuzluqlar ilə bağlı vətəndaş müraciətləri araşdırılıb, müraciətlərdəki faktlar təsdiqini tapıb.

Bununla əlaqədar Təhsil naziri tərəfindən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Kazımov Balaqardaş İman oğlunun işdən azad edilməsi barədə Biləsuvar Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılıb və o, tutduğu vəzifədən azad edilib.

Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Bağırov Aqşin Xudaməli oğlu təyin edilib.

Həmçinin oxuyun

“Görüşlərimiz faydalı oldu” – Ceyhun Bayramov

Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. …