Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Nazim Məmmədov  Rafiq Məmmədhəsənova cavab verdi – Seçki qalmaqalı

Nazim Məmmədov  Rafiq Məmmədhəsənova cavab verdi – Seçki qalmaqalı

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Nazim Məmmədov rəqibi Rafiq Məmmədhəsənovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

N.Məmmədov Modern.az saytına söylənənlərin tamamilə yalnış olduğunu bildirib:

“Mən bu haqda Facebook sosial şəbəkəsində məlumat paylaşılandan sonra öyrənmişəm. Adətən seçki kampaniyası normal keçməyən namizədlər başqalarını günahlandırır. Mən heç kəsi izləmək marağında deyiləm və görüşə adam da göndərməmişəm”.

N.Məmmədov rəqibinə etdiyi jest qarşılığında gördüyü münasibətə təəssüfləndiyini vurğulayıb:

“Cəmi bir dəfə Şınıx bölgəsində Rafiq müəllimlə mənim görüşüm kəsişib. Mən Rafiq Məmmədhəsənovu seçicilərə təqdim etmişəm. Çünki, onlar 5 ildən bəri Rafiq müəllimi görməmişdilər. Mən də öz kəndimdə ona xoş münasibət bəslənməsini, sakinlərdən qonağın xoş qarşılanmasını və yola salınmasını xahiş etdim. Başqasının görüşünə kimisə göndərmək, video çəkdirmək kimi şeylər mənim xasiyyətimə xas deyil. Yalnış fikirdir. Mən təəssüf edirəm ki, Rafiq müəllim mənim ona qarşı etdiyim nəzakətli addımdan sonra belə iftira atıb. Çox təəssüf…”.

Xatırladaq ki, deputatlığa namizəd Rafiq Məmmədhəsənov seçiciləri ilə görüş zamanı etirazla qaşrılanıb. Yayılan videodan aydın olur ki, səhiyyə sahəsindəki problemlərə etiraz edən qadın bununla bağlı indiki deputatdan cavab istəyir.
Rafiq Məmmədhəsənov Modern.az-a açıqlamasında qadının rəqibi Nazim Məmmədov tərəfindən öyrədildiyini bildirib.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın