Ana səhifə / Siyasət / Nazim Məmmədov: “Bu şantaj yoludur, mən qulaqkəsən deyiləm”

Nazim Məmmədov: “Bu şantaj yoludur, mən qulaqkəsən deyiləm”

Sabiq deputat Nazim Məmmədov Baş Prokurorluğun onun barəsində verdiyi açıqlamaya münasibət bildirib. O deyib ki, barəsində yazılanlar Rasim Məmmədovun göstərişi ilə Eynulla Fətullayev tərəfindən tirajlanır:

“2012-ci ildən metal istehsalı ilə məşğul olan müəssisələrə hücum təşkil edən şəxs “Baku Steel Company”in rəhbəri kimi göstərilib. Mən Rasim Məmmədovun haqqın.az, virtualaz.org saytında yalan informasiya yaydığına görə Nərimanov rayon Məhkəməsinə müraciət etmişəm. Bundan əlavə, haqqın.az saytı haqqımda yalan məlumatlar yaydığına görə əvvəlcə özlərinə müraciət etdim ki, təkzib versinlər. Vermədilər, mən də sivil qaydada məhkəməyə müraciət etdim. Saytın rəhbəri Eynulla Fətullayev şantaj yolunu seçib, məhkəməyə təsir etmək və Rasim Məmmədovun piar menecerliyini aparan şəxs olmadığını sübut etmək üçün mənə hücum çəkir. Mən Baş Prokurorluğa bir neçə dəfə müraciət etmişəm. Sonuncu dəfə prokurorluqdan bildirilib ki, bununla bağlı iş başlanıb. Ümid edək ki, qanuni qərarlar qəbul olunacaq.

Nazim Məmmədov hesab edir ki, prezident İlham Əliyev bütün sahibkarlara mənəvi, siyasi dəstək göstərdiyinə baxmayaraq, bir qrup özünü qanundan yüksək tutur: “Onlar cəngəllik qanunları ilə iqtisadiyyata müdaxilə edirlər. Bu da Azərbaycanın iqtisadi imicinə mənfi təsir göstərir”.

O, işlətdiyi ifadənin hətta mətbuatda geniş yayıldığına da diqqət çəkib:

“Jurnalistlər Beynəlxalq Bank qalmaqalından sonra sosial şəbəkələrdə müxtəlif paylaşımlar edirdilər. Onların istifadə etdiyi bir ifadə var: “biznesmenlərin qulaqlarının kəsilməsi”.

Mən qulaq kəsən deyiləm. Üstəlik Facebook sosial şəbəkəsindəki statusumda da var. Orda qeyd etmişəm ki, inhisarçılıq yaradan Rasim Məmmədovun hüquq-mühafizə orqanları tərəfindən “qulağı kəsiləcək”, yəni qanuna tabe olacaq. Dediyimin üstündə də dururam.

Hesab edirəm ki, bu, yazdığım statusdan mənim əleyhimə istifadə edilən bir bəhanədir, əsas məsələdən yayınmaq və şantaj yoludur”.

Sabiq deputat “Baş Prokurorluğun açıqlamasından sonra məsuliyyətə cəlb olunacağınızdan çəkinirsinizmi” sualına cavab olaraq heç nədən narahat olmadığını deyib:
“Biz hüquqi dövlətdə yaşayırıq. Mən qanunu pozacaq hər hansı addım atmamışam. Ümid edək ki, həmin Baş Prokurorluq mənim şikayət ərizəmdə Rasim Məmmədovun qeyd etdiyim bütün əməllərini araşdıracaq”.

Baş Prokurorluq sabiq deputat Nazim Məmmədovun sosial şəbəkələrdə etdiyi çağırışlara reaksiya verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı şəhər Prokurorluğuna tapşırıqlar verilib.

Nazim Məmmədov sosial şəbəkələrdə “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədova xəsarət yetirilməsi (qulağının kəsilməsi) ilə bağlı çağırış edib.

Bu barədə məlumat “haqqın.az” saytında yayılıb. (Modern.az)

Həmçinin oxuyun

“Nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm” – Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı  fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi  ittihamlara cavab …

Bir cavab yazın