Ana səhifə / Siyasət / Naxçıvanın ləziz nemətlərindən: Ordubad limonu – FOTO

Naxçıvanın ləziz nemətlərindən: Ordubad limonu – FOTO

Or­du­bad ra­yo­nu ta­ri­xən mey­və­çi­lik di­ya­rı ki­mi ta­nı­nıb. Tə­sa­dü­fi de­yil ki, bu qə­dim yurd ye­ri­ni “Bağ­lar di­ya­rı” ad­lan­dı­rır­lar. Bu­ra­ya yo­lu dü­şən tu­rist və səy­yah­lar Or­du­bad mey­və­lə­ri haq­qın­da yük­sək fi­kir­lər söy­lə­miş, hət­ta bu­ra­dan dün­ya­nın bir çox öl­kə­lə­ri­nə müx­tə­lif ting­lər apar­mış­lar. Qə­dim mən­bə­lər­də, ya­zı­lı ki­ta­bə­lər­də də Or­du­bad və onun mey­və­lə­ri haq­qın­da ət­raf­lı mə­lu­mat­lar ve­ri­lir. Fran­sız et­noq­raf İ.İ.Şo­pen (1798-1870) Qaf­qa­zın, o cüm­lə­dən İrə­van və Nax­çı­van xan­lıq­la­rı­nın ta­ri­xi­nə, coğ­ra­fi­ya­sı­na həsr et­di­yi əsə­rin­də əla mey­və­lə­ri-üzü­mü, əri­yi, şaf­ta­lı­sı, al­bu­xa­ra­sı, hey­va­sı olan Or­du­ba­dın Qaf­qaz­da, hət­ta Şərq­də şöh­rət tap­dı­ğı, həm­çi­nin sağ­lam iq­li­mi haq­qın­da mə­lu­mat ver­miş­dir.

Ötən əs­rin məş­hur səy­ya­hı Ha­cı Zey­na­lab­din Şir­va­ni isə “Bus­ta­nus-sə­ya­hət” (Sə­ya­hət gül­za­rı) ki­ta­bın­da ya­zır: “Or­du­bad ürə­ka­çan gö­zəl bir qə­sə­bə­dir. Ora ada­ma fə­rəh ve­rən yer­dir. Onun möh­kəm qa­la­sı, bol su­yu və çox­lu ba­ğı var­dır. Mey­və­si bol və dad­lı­dır. Ha­va­sı in­sa­na sağ­lam­lıq ve­rir”…

So­vet dö­nə­min­də Or­du­bad res­pub­li­ka­nın ən iri mey­və­çi­lik ra­yon­la­rın­dan olub. XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can­da ye­tiş­di­ri­lən 40-dan ar­tıq ərik nö­vü­nün ço­xu Or­du­ba­dın pa­yı­na dü­şür­dü. İl­kin mər­hə­lə­də il­lik is­teh­sal gü­cü 400 min şər­ti ban­ka olan Or­du­bad Kon­serv Za­vo­du is­ti­fa­də­yə ve­ril­miş­di. Də­fə­lər­lə Or­du­bad­da ye­tiş­di­ril­miş mey­və­lər dün­ya­nın bir çox sər­gi­lə­rin­də nü­ma­yiş et­di­ril­miş, ən yük­sək mü­ka­fat­la­ra la­yiq gö­rül­müş­dür. Or­du­bad öz qu­ru mey­və­lə­ri (qay­sa­va, qay­sı, ala­na, bas­dıq və s.) ilə də məş­hur­dur. Bu­ra­da mey­və­lə­ri qu­ru­da­raq qı­şa sax­la­maq və çay süf­rə­lə­rin­də on­lar­dan is­ti­fa­də et­mək ənə­nə­si yer­li məi­şət­də çox ge­niş ya­yı­lıb.

Or­du­bad­lı­la­rın baş­lı­ca məş­ğu­liy­yət sa­hə­lə­rin­dən bi­ri də li­mon ye­tiş­dir­mə­lə­ri­dir. Ra­yon sa­kin­lə­ri qu­ru və kon­ti­nen­tal iq­lim şə­rai­tin­də yük­sək məh­sul­dar­lı­ğa na­il ola bi­lir­lər. Nə­ti­cə­də li­mon­çu­luq ən gə­lir­li sa­hə­lər­dən bi­ri­nə çev­ri­lib. Or­du­bad tor­pa­ğın­da ye­tiş­di­ri­lən di­gər mey­və­lər ki­mi, li­mon da öz­gə key­fiy­yə­tə, da­da-ta­ma ma­lik­dir, tər­ki­bi qə­lə­vi ele­ment­lə­ri və bir çox vi­ta­min­lər­lə zən­gin­dir.

Or­du­bad li­mo­nu­nu fərq­lən­di­rən əsas cə­hət onun tər­ki­bin­də efir yağ­la­rı və mi­ne­ral­la­rın zən­gin ol­ma­sı­dır. Bu­na da əsas sə­bəb tor­pa­ğın fay­da­lı ele­ment­lər­lə zən­gin­li­yi, su­yun və ha­va­nın saf­lı­ğı­dır. Ona gö­rə də Or­du­bad li­mo­nu­nun bir ədə­di 5-15 ma­nat ara­sı sa­tı­lır. İş­dir, əgər Or­du­bad li­mo­nu­nu apa­rıb baş­qa yer­də be­cər­mək is­tə­sən, ar­zu­la­dı­ğın məh­su­lu al­ma­ğa çə­tin na­il olar­san. Ağac bar ver­sə də, Or­du­bad li­mo­nu­nun da­dı­nı ver­mə­yə­cək. Bu li­mon sırf Or­du­ba­da və or­du­bad­lı­la­ra məx­sus­dur. On­lar bu mey­və­nin ye­tiş­di­ril­mə­si­nin di­li­ni yax­şı bi­lir­lər. Uzun il­lər­dir bir ənə­nə ki­mi nə­sil­dən-nəs­lə ötü­rü­lür. Hər ai­lə li­mon­çu­luq tə­sər­rü­fa­tı ilə məş­ğul ol­ma­sa da, evi­nin, hə­yə­ti­nin bir gu­şə­sin­də bir də­nə də ol­sa, li­mon dib­çə­yi­nə rast gə­lər­sən. San­ki bir sim­vol ki­mi xoş ətir­li li­mon Or­du­bad ev­lə­ri­ni bə­zə­yir. Or­du­bad­lı­la­rın de­di­yi­nə gö­rə, qız kö­çürt­dük­lə­ri za­man ce­hi­zə li­mon ağa­cı da əla­və olu­nar. Or­du­bad­lı­lar li­mo­nu həm də bə­rə­kət sim­vo­lu ki­mi qə­bul edir­lər.

Or­du­bad li­mo­nu gö­rü­nü­şü və rən­gi ilə də di­gər li­mon­lar­dan fərq­lə­nir. Ol­duq­ca saf və şəf­faf gö­rün­tü­yə ma­lik­dir. Təc­rü­bə­li aq­ro­nom Za­hid Ək­bə­ro­vun de­di­yi­nə gö­rə, iki növ li­mon ye­tiş­di­ri­lir: bi­ri yum­ru­sov, na­zik qa­bıq­lı, di­gə­ri uzun­sov, nis­bə­tən qa­lın qa­bıq­lı­dır. Hər iki­sia ata-ba­ba sort­la­rı­mız­dır.

Or­du­bad li­mo­nu həm dib­çək­də, həm də tor­paq­da ye­tiş­di­ri­lir. Za­hid Ək­bə­ro­vun söz­lə­ri­nə gö­rə, dib­çək­də ye­tiş­di­ri­lən li­mon da­ha key­fiy­yət­li olur. Də­ri­lən­dən son­ra sə­rin yer­də 15-20 gün sax­la­dıq­da key­fiy­yə­ti­ni itir­mir. Di­gər li­mon­la­rın qa­bı­ğı acı və qa­lın ol­du­ğu hal­da Or­du­bad li­mo­nu­nun qa­bı­ğı xey­li zə­rif və tam­lı­dır. Qa­bıq­lı hal­da da ye­mək müm­kün­dür. Yax­şı qul­luq edil­dik­də li­mon ağa­cı ilin bü­tün fə­sil­lə­rin­də çi­çək­li­yir. Bir ağac­da həm göy li­mon, həm də ye­tiş­miş li­mon olur.

Li­mon bit­ki­si o qə­dər həs­sas­dır ki, gün­də­lik qul­luq tə­ləb edir. Sax­lan­dı­ğı ye­rin tem­pe­ra­tu­ru yay­da 20-28, qış­da 8-12 də­rə­cə­dən yük­sək ol­ma­ma­lı­dır. İs­tər is­ti­xa­na­da, is­tər­sə də li­mon ağa­cı sax­la­nı­lan ev­də müt­ləq ter­mo­metr qo­yu­lur, tem­pe­ra­tu­ru onun­la tən­zim­lə­nir. Sub­tro­pik bit­ki ol­du­ğu üçün rü­tu­bə­ti se­vər. Be­cə­ril­mə­sin­də əsas eti­ba­ri­lə tə­bii güb­rə­lər­dən ist­fa­də olu­nur. La­kin ilk yaz­daa cü­zi miq­dar­da 10-15 qram azot güb­rə­si və 50-60 qr fos­for güb­rə­si ver­mək la­zım­dır. Çox sə­rin su ilə su­var­maq ol­maz.

Yax­şı qul­luq edil­dik­də, yax­şı da məh­sul gö­tür­mək olur. Tək li­mon de­yil, həm­çi­nin li­mon dib­çək­lə­ri də sa­tı­şa çı­xa­rı­lır. Üs­tün­də­ki li­mon sa­yın­dan ası­lı ola­raq qiy­mət­lər də­yi­şir. Za­hid Ək­bə­ro­vun söz­lə­ri­nə gö­rə, il ər­zin­də tək­cə li­mon­çu­luq­dan 5000-6000 ma­nat ara­sı xa­lis gə­lir əl­də edir. Odur ki, bu sa­hə­ni oğ­lu­na da öy­rə­dib. “Or­du­ba­dın ne­mət­lə­ri nə­dir? Cə­viz mü­rəb­bə­si, su­cuq, ala­na, ərik qu­ru­su, da­ha nə­lər. Tə­bii, bir də ki, li­mon. Nə­vəm Mosk­va­da oxu­yur. Li­mon­la cə­viz mü­rəb­bə­si gön­dər­miş­dim, o isə mü­əl­li­mi­nə pay ve­rib. Mü­əl­li­mi eti­raf edib ki, hə­lə mən nə be­lə dad­da li­mon gör­mü­şəm, nə də cə­viz­dən mü­rəb­bə. Ümu­miy­yət­lə, Or­du­bad tor­pa­ğı­nın ye­tiş­dir­di­yi məh­sul­la­rın şöh­rə­ti çox yer­də mə­lum­dur, – de­yir Za­hid Ək­bə­rov.

Bu­nun­la be­lə, Or­du­bad­da tor­paq­da kök sa­lıb bö­yü­yən li­mon ağac­la­rı da az de­yil. Hün­dür­lü­yü 5 met­rə ça­tan be­lə ağac­la­ra Aşa­ğı Ən­də­mic kənd sa­ki­ni Rza Məm­mə­do­vun ba­ğın­da rast gəl­mək olar. O, 2003-cü il­dən bu sa­hə ilə sıx məş­ğul ol­ma­ğa baş­la­yıb, in­di də fay­da­sı­nı gö­rür. De­yir ki, li­mon həm də sağ­lam­lıq üçün fay­da­lı­dır. Li­mon vi­ta­min C, kal­si­um, maq­ne­zi­um­la zən­gin­dir. Bu bit­ki­nin hər növ xər­çəng xəs­tə­li­yi­ni qa­baq­la­yı­cı tə­si­ri sü­but edil­miş­dir. An­ti­bak­te­ri­al ola­raq il­ti­hab­la­ra, in­fek­si­ya­la­ra və gö­bə­lə­yə qar­şı is­ti­fa­də edi­lir. Həm­çi­nin, çox yük­sək qan təz­yi­qi­ni ni­za­ma sa­lır.

Ra­yo­nun Yu­xa­rı və Aşa­ğı Ən­də­mic kənd­lə­rin­də li­mon­çu­luq da­ha ge­niş ya­yı­lıb. Or­du­bad­da li­mo­nun əsas məs­kə­ni elə, de­mək olar ki, Ən­də­mic­dir. Aşa­ğı Ən­də­mic kənd sa­ki­ni İs­ma­yıl Əli­yev de­yir ki, gö­zü­mü açan­dan hə­yə­ti­miz­də li­mon gör­mü­şəm. Atam bu sa­hə ilə məş­ğul olub. 20 il­dən çox­dur ki, özüm də bu iş­lə məş­ğu­lam. Əv­vəl 10-15 ağac idi­sə, döv­lə­tin bu sa­hə­yə ayır­dı­ğı kre­dit­dən fay­da­la­na­raq, 4 il­də sa­yı­nı 100 ağa­ca çat­dır­mı­şam. Onun de­di­yi­nə gö­rə, hün­dür­lü­yü 3 metr­dən yu­xa­rı qal­xan hər ağac­dan il ər­zin­də 300 ədəd li­mon gö­tü­rür. Oğ­lu­na da bu pe­şə­ni öy­rə­dib. “Mos­ka­va­ya, Uk­ray­na­ya qə­dər li­mon gön­də­ri­rəm, – de­yir. Uk­ray­na­da da li­mon bol­dur, la­kin por­ta­ğal da­dı ve­rir. Bi­zim li­mo­nun ye­ri­ni ver­məz. Or­du­bad li­mo­nun­da heç bir mey­və qa­rı­şı­ğı yox­dur. O qə­dər gö­zəl da­dı var ki, qa­bıq­lı da ye­mək olur. Bir otaq­da kə­sil­di­sə, ət­ri dər­hal ət­ra­fa ya­yı­lar. Or­du­bad li­mo­nu­na bə­ləd olan­lar müm­kün de­yil ki, onu baş­qa li­mon­la də­yi­şik sa­la. Yaş­lı in­san­lar, təz­yi­qi yu­xa­rı olan­lar li­mo­nu ya­rı stə­kan su­ya qa­tıb içir­lər. Bu, qa­nı du­rul­dur. Li­mon­dan di­gər məh­sul­lar – şər­bət və mü­rəb­bə də ha­zır­la­nır. Düz­dür, mü­rəb­bə o qə­dər ge­niş şə­kil­də ha­zır­lan­ma­sa da, am­ma çox fərq­li və gö­zəl da­da ma­lik olur”.

Çay yor­ğun­lu­ğu ara­dan qal­dı­ran va­si­tə­dir. Li­mon­la içi­lən çay isə stres­sə qar­şı çox yax­şı tə­sir edir. İs­ti ça­yın içə­ri­si­nə atıl­mış bir di­lim li­mon si­nir­lə­ri sa­kit­ləş­di­rir, əh­va­lı yük­səl­dir. Or­du­bad li­mo­nu ilə çay isə ay­rı­caa bir zövq ve­rir. Or­du­ba­da gə­lə­sən, li­mon­la çay iç­mə­sən, de­mək sən çox şey itir­mi­sən. Şə­hə­rin mər­kə­zin­də, qo­ca və uca çi­nar­la­rın al­tın­da Or­du­bad li­mo­nu ilə ve­ri­lən çay süf­rə­si üçün hət­ta mux­tar res­pub­li­ka­mı­zın baş­qa böl­gə­lə­rin­dən də gə­lir­lər. Həm­çi­nin mux­tar res­pub­li­ka­mı­za gə­lən qo­naq­la­rı qo­naq­pər­vər­lik əla­mə­ti ola­raq elə Or­du­ba­da apa­ran­lar da az de­yil. Ra­yon sa­kin­lə­rin­dən Ba­bək Xə­li­lov və Nüs­rəd­din Yu­si­fov­la elə çay evin­də həm­söh­bət olu­ruq. Uca çi­nar­la­rın köl­gə­sin­də, bir də Or­du­ba­dın tər­tə­miz ha­va­sın­da heç nə yox, elə bir stə­kan çay, qənd, bir də tə­bii, Or­du­bad li­mo­nu bəs edər ki, bu çay süf­rə­si ət­ra­fın­da vax­tı­nı xoş, söh­bə­ti­ni şi­rin edə­sən. Həm­söh­bət­lə­rim­sə Or­du­bad li­mo­nu­nu tə­rif et­mək­dən nə be­zir, nə də usa­nır­lar. De­yir­lər ki, Or­du­bad li­mo­nu Azər­bay­can­da ye­ga­nə məh­sul­dur. Ba­kı­ya, ya ra­yon­la­ra get­dik­də li­mon apar­ma­saq, biz­dən in­ci­yir­lər. Çün­ki ta­nı­yan­lar, bi­lən­lər Or­du­ba­dı li­mon­suz tə­səv­vür et­mir. Elə sov­qat ki­mi də Or­du­bad li­mo­nu ol­duq­ca də­yər­li­dir.

Bə­li, gi­la­sı, əri­yi ki­loq­ram­lar­la yı­ğıb si­zə ve­rər­lər, am­ma li­mo­nu ədəd­lə ala bi­lər­si­niz. Elə dü­şün­mə­yin ki, or­du­bad­lı­lar xə­sis­dir. Əs­la. Or­du­bad­lı­la­rın elə tək­cə mü­rəb­bə­li, pax­la­va­lı, şor­qo­ğal­lı, şə­kər­bu­ra­lı, say­maq­la bit­mə­yən naz-ne­mət­lər­lə do­lu çay süf­rə­lə­ri bəs edər ki, mət­bə­xi­nin zən­gin­li­yi­nə və süf­rə mə­də­niy­yə­ti­nə hey­ran qa­la­san.

Or­du­bad­da li­mon ye­tiş­dir­mə ənə­nə­si­nin qo­run­ma­sı və bu ənə­nə­nin da­vam et­di­ril­mə­si ilə bağ­lı sa­hib­kar­la­ra ay­rı­lan gü­zəşt­li kre­dit­lər isə onu de­mə­yə əsas ve­rir ki, li­mon­çu­luq tə­sər­rü­fat­la­rı il­bə­il ge­niş­lə­nə­cək, çay süf­rə­lə­ri­miz Or­du­bad li­mo­nu ilə zən­gin­lə­şə­cək­dir.

Or­du­bad­lı­lar­da be­lə bir inam var ki, li­mo­na sa­hi­bin­dən baş­qa­sı əl vur­sa, ağac kü­sər və bar ver­məz. De­yir­lər ki, arı ai­lə­si və bir də li­mon o qə­dər həs­sas­dır ki, sa­hi­bi­ni ta­nı­yar. Biz də bu ina­ma hör­mət edi­rik. Tə­ki məh­su­lu­muz bol, çay süf­rə­lə­ri­miz­sə Nax­çı­va­nın əvə­zi­siz ne­mət­lə­rin­dən olan Or­du­bad li­mo­nun­dan əs­kik ol­ma­sın.

Ru­hiy­yə Rə­su­lo­va
Nax­çı­van Te­le­vi­zi­ya­sı­nın
baş re­dak­to­ru.

Azinforum.az

 

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın