Bazar , Yanvar 29 2023
Ana səhifə / Siyasət / “Naxçıvandakı bu siyasət vətənə xəyanət kimi dəyərləndirilməlidir”

“Naxçıvandakı bu siyasət vətənə xəyanət kimi dəyərləndirilməlidir”

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun “səhhətiylə əlaqədar” istefa veməsindən sonra onunla bağlı ictimaiyyətdə çox ciddi ittihamlar səslənməkdə davam edir. Keçmiş “xan”ın Naxçıvanda mərkəzi hakimiyyətə tabe olmamasını göstərən dəlillərlə yanaşı, hətta onun açıq-aşkar separatizm etdiyi barəsində də ortaya atılan ittihamlar mövcuddur. Bu iddiaları artıq bir neçə partiya sədrləri, tanınmış politoloqlar və ictimaiyyət nümayəndələri səsləndiriblər. 

Bu iddialar araşdırıla bilərmi? Ümumiyyətlə, Vasif Talıbovun bu iddialar fonunda cinayət məsuliyyətinə cəlb edilməsi, onun haqqında hüquqi müstəvidə araşdırılmanın başlanması mümkündürmü? 

Yenisabah.az-la söhbətində əslən Naxçıvandan olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Vasif Talıbovun dövründə Naxçıvanda mərkəzi hakimiyyətin apardığı siyasətə zidd bir siyasət aparılıb:

“Bu zaman da həmin siyasət separatizm səviyyəsinə gəlib çıxdığına görə, vətənə xəyanət kimi dəyərləndirilməlidir. Elə addımlar var ki, onlar İran və Rusiya ilə müəyyən gizli danışıqlar aparıblar, eləcə də Azərbaycan mərkəzi hakimiyyətinin apardığı siyasəti Naxçıvanda bloklamaq və Naxçıvanın Azərbaycan dövlətinin yurisdiksiyasından çıxarmaq cəhdləri, əlbəttə ki, vətənə xəyanət kimi dəyərləndirilməlidir. 

Yaxud 44 günlük müharibənin sonunda Naxçıvanda rus helikopterinin vurulması və Rusiyanın bunu Azərbaycana qarşı müharibə səbəbi kimi qiymətləndirib Xankəndiyə gəlib girməsinin özü belə böyük bir xəyanətdir.

Amma Azərbaycan təcrübəsində görmüşük ki, çox əhəmiyyətsiz adamları ağır şəkildə ittiham ediblər, amma vətənə xəyanət hərəkətləri etmiş adamlar isə məsuliyyətdən kənarda qalıb. Bu Azərbaycanın acı reallığıdır və bu ölkədə hamı qanun qarşısında bərabər deyil”.

Həmçinin oxuyun

“Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” – Deputat

“Gərək İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq”.Bu sözləri özünün …