Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Naxçıvanda “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnir keçirilir

Naxçıvanda “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnir keçirilir

Azinforum.az xəbər verir ki, mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirin açılış mərasimi olub.
Açılış mərasimindən öncə turnir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib.

f1
Bildirilib ki, Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasında dövlət qayğısı nəticəsində bır sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, futbolun elmi-metodiki və normativ hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə 2005-ci il oktyabrın 10-da ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

 

f3

 

Dövlətimizin gənclərə və idmana göstərdiyi diqqət nəticəsində muxtar respublikada yeni idman qurğuları tikilərək gənclərimizin istifadəsinə verilib. Bu gün muxtar respublikada 9 stadion və 20 mini futbol meydançası futbolçuların istifadəsindədir.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev turnir iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, idman həm ölkənin şöhrətini ucaldan, həm də insanların sağlamlığına xidmət edən bir sahədir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində respublikamız mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.

 

f-4
Bildirilib ki, bu gün muxtar respublikada bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə uğurlu nailiyyətlər əldə olunur. Belə ki, 12 illik fasilədən sonra böyük futbola qayıdan “Araz–Naxçıvan” komandası elə ilk mövsümdən I Divizion tarixində ən çox xal toplamaqla çempionatın qızıl medalını qazanıb.
“Araz–Naxçıvan” komandasının Naxçıvan Muxtar Respublika çempionatında iştirak etdiyini və ardıcıl ikinci dəfədir ki, çempionatın qalibi olduğunu bildirən Azad Cabbarov turnir iştirakçılarına uğurlar arzulayıb.

 

f5
Açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin ifasında konsert proqramı olub.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra turnirin ilk oyununa start verilib.

 

f7

f6

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın