Ana səhifə / Siyasət / Naxçıvanda gömrükçülər 93 kilo heroin aşkarladılar – FOTO

Naxçıvanda gömrükçülər 93 kilo heroin aşkarladılar – FOTO

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını alıblar.

Azinorum.az Muxtar respublika Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi “07 MCK 92” dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına rentgen aparatı vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.

Gömrükçülər tərəfindən “34 JA 7009” nömrə nişanlı qoşqunun şübhəli hissəsinə baxış həyata keçirilərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93 kiloqram narkotik vasitə – heroin aşkar edilərək götürülüb. Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

197653_src

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın