Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Naxçıvanda 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı

Naxçıvanda 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

Naxcivantv.az komissiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqəyə çıxarılan vakant iş yerləri mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, eləcə də muxtar respublikanın məhkəmələrini əhatə edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 12 iyul 2017-ci il tarixdən 11 avqust 2017-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə müvafiq qaydada müəyyən olunmuş məbləği Komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödəməli və ödənişə dair qəbzi Komissiyaya təqdim etməlidirlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizəd bir neçə dövlət orqanında vakant olan vəzifələrin tutulması üçün müraciət edə bilər.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Maraqlananlar Komissiyanın (036)545-65-71 nömrəli əlaqə telefonu və ya  [email protected] internet saytı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant dövlət qulluğu vəzifələri ilə bağlı ətraflı məlumatı bu  linkdən  əldə edə bilərsiniz.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın