Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Naxçıvana hücum edilməsi barədə məlumata aydınlıq gətirildi

Naxçıvana hücum edilməsi barədə məlumata aydınlıq gətirildi

Azərbaycan Müdafiə Nazirliyibəzi KİV-i yalan xəbər yaymaqda ittiham edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanıb.

“Məlumat təqribən iki il əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib. Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndiririk” – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələri ermənilərin Naxçıvana hücum etməsi barədə məlumatlar yayıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın