Ana səhifə / Siyasət / Naxçıvan MR- sı Ali məclisə Deptatlığa namizəd Amar Qasımov: ” Hər bir namizəd, deputat və ya məmur birbaşa insanlarla yaxından təmasda olmalıdır”

Naxçıvan MR- sı Ali məclisə Deptatlığa namizəd Amar Qasımov: ” Hər bir namizəd, deputat və ya məmur birbaşa insanlarla yaxından təmasda olmalıdır”

Ümumiyyətlə, hansı peşənin sahibi olmağından asılı olmayaraq öncə insan olmaq lazımdır. Mənim fikrimcə, hər bir insan Vətəninə və xalqına faydalı olmalı, dövlətini və millətini sevməlidir. Ən azından mən belə tərbiyə almışam. Zəhmətkeş ailədə doğulmuşam və valideynlərim məni bu istiqamətdə tərbiyələndiriblər.

Düşünürəm ki, Vətənini, dövlətini sevən hər bir insan xalqı üçün bacardığı qədər xeyirli iş görməlidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçən insanlara xidmət etmək, xalqı üçün faydalı və xeyirli işlər görmək hər birimizin müqəddəs borcudur.

Əslində deputatın işi hər hansı problemi həll etmək deyil. Deputat həmin problemin həllinə nail olmaq üçün adiyyəti qurumların qarşısında məsələ qaldıra bilər. Adiyyəti qrumlar problemlərin həlli üçün əsaslı iş görmədikdən sonra isə deputatın borcudur ki, Ali Məclis qarşısında bu problemləri qaldırsın, məsələni Ali Məclisin  iclaslarında müzakirəyə çıxarsın. Təəssüflər olsun ki, namizdəliyimi verdiyim dairənin ərazisində olan problemlərin həlli üçün bu günə qədər dairənin seçicilərinin seçdiyi deputatların heç biri adiyyəti qurumların qarşısında məsələ qaldırmayıb və Ali Məclisdə müzakirəyə çıxarmayıb.

Hazırda təbliğat-təşviqat kampaniyasını bir çox istiqamətlərdə aparırıq və kampaniyamız uğurla davam edir. Namizədi olduğum dairənin ərazisində mövcud olan və sakinləri daha çox narahat edən əsas problemlərini öyrənməyə çalışırıq.

Deputat seçildiyim təqdirdə  əlimdən gəldiyi qədər çalışacağam ki, insanlardakı dövlətə və hakimiyyətdə təmsil olunan bəzi insanlara qarşı inamsızlıqlarını aradan qaldırım. Əgər xalq görsə ki, onun probleminə öz problemin kimi yanaşırsan, onları aradan qaldırmaq üçün yüksək canfəşanlıq göstərirsən və həllini tapmayan məsələləri aidiyyəti qurumların qarşısında qaldırır, Ali Məclisdə müzakirəyə çıxarırsan onda xalqın dövlətə də, hakimiyyətə də sonsuz inamı və etimadı olacaq. Bəzən elə problemlərlə rastlaşırıq ki, onun bəsit həll yolları var. Deməli, əsas problem insanlarla təmasdadır. Hər bir namizəd, deputat və ya məmur birbaşa insanlarla yaxından təmasda olmalıdır. Kənarda oturub problemin həllin gözləməməlidir.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …