Ana səhifə / Siyasət / “Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub – FOTOLAR

“Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub – FOTOLAR

AMEA Naxçıvan Bölməsinin Dəyirmi zalında AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Gingiz Qacarın rus dilində nəşr edilən “Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, tədbiri AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açaraq ilk öncə akademik Gingiz Qacarın salamlarını mərasim iştirakçılarına çatdırıb.

O, Naxçıvan tarixinə həsr edilmiş kitabın əhəmiyyətindən danışıb.

Bildirib ki, Ulu öndər Hеydər Əliyеvin əziz xatirəsinə həsr olunan və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə “Əcəmi” nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilən dəyərli əsərdə Naxçıvanın tarixi, arxeolojiyası, etnoqrafiyası, mədəniyyəti, eyni zamanda, görkəmli şəxsiyyətləri barəsində məlumatlar və foto şəkillər öz əksini tapıb.

Daha sonra “Dünyanın qədim şəhərlərindən biri-Naxçıvan tarixinə həsr edilmiş dəyərli əsər”mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev geniş məruzə edib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şxəliyev çıxış edərək “Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının rus dilində nəşr olunmasını Naxçıvan tarixinin dünyada təbliği istiqamətində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

naxcivan

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın