Çərşənbə , Mart 3 2021
Ana səhifə / Siyasət / “Navalnı ermənipərəstdir, anti-islamçıdır” – Politoloq

“Navalnı ermənipərəstdir, anti-islamçıdır” – Politoloq

Rusiya müxalifətinin son illərdə şəriksiz liderinə çevrilən “Gələcəyin Rusiyası” Partiyasının sədri Aleksey Navalnı yanvarın 17-də Almaniyadan ölkəsinə qayıdacaq. APA-nın xəbərinə görə, bu barədə onun özü “Twitter”də məlumat verib.

“Mənim qarşımda heç vaxt qayıtmaq və ya qayıtmamaq məsələsi olmayıb. Çünki mən heç vaxt getməmişəm. Mən Almaniyaya reanimasiya qutusunda gəlmişəm. Yanvarın 17-də ”Qələbə” reysi ilə evə geri dönəcəyəm. Görüşərik!”, – deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Navalnı ötən il avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb. Almaniya ondan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunurdu.

Baş verən olaylardan sonra Rusiya müxalifətinin liderinin ölkəsinə qayıtmaq barədə verdiyi qərar dünya gündəmini də zəbt edib. Kremlin ona qarşı necə davranacağı, onun qarşısını almaq üçün hansı yollara əl atacağı indidən çoxlu sayda suallar yaratmaqla yanaşı, həm də maraq doğurur.

Rusiyadakı olaylar 44 günlük II Qarabağ savaşından sonra Azərbaycan üçün ikiqat daha maraqlı məsələyə çevrilib. Buna əsas səbəb də şimal qonşumuzun müharibədə oynadığı rol, savaşdan sonra noyabrın 10-da üçtərəfli anlaşma ilə Qarabağa sülhməramlılarını yerləşdirməsi və ən əsası, imzalanmış sənəddə qarant dövlət olmasıdır. Bu səbəbdən Rusiyaya qarşı yeni sanksiyalara səbəb olan zəhərlənmə olayından sonra Putinin əsas rəqibinin ölkəyə qayıtmaq qərarı bizim də diqqətdə saxlayacağımız məsələdir. Əslinə qalsa, Navalnının ölkəsinə qayıtmaq qərarı gözlənilməz gediş oldu. Çünki onun zəhərləndiyi barədə olaydan sonra hamı düşünürdü ki, “Gələcəyin Rusiyası” Partiyasının sədri bir daha geri dönməyəcək. Amma bunun əksi baş verdi.

politoloq Tofiq Abbasov xeberleri - Xəbərlər - Xeberler - Azadlıq Xeber

Politoloq Tofiq Abbasov Navalnını oyunçu sayır: “Oxuduğuma görə, Rusiyanın rəsmi orqanları onun saxlanılması ilə bağlı qərar veriblər. Digər tərəfdən, Navalnının guya zəhərlənməsi ilə bağlı məsələnin siyasi tərəflərini daha çox görürəm. Əgər onun ölümünü hansısa mərkəz, təşkilat istəyirdisə, onu etməyə nə var idi ki? Rusiyada idi və onu edə bilərdilər. Elə təşkil ediblər ki, tərəflərin hər birinin burada siyasi dividenti olsun. Hesab edirəm ki, Navalnının özü də bu işdən maksimum divident yığmağa çalışır. Özünü yüksəklikdə görür. Siyasi mübarizənin bütün etaplarını keçmiş keşməkeşli adam kimi çalışır ki, aktiv olsun, ”ağ at”ın belində gəlib rəsmi mövqeyə çıxsın. Düşünürəm ki, Kreml indiki şəraitdə prokurorluq orqanlarının verdiyi qərara baxmayaraq, gərək bu adamın üzərində böyük diqqət cəmləşdirməsin, onu qəhrəman etməsin. Çünki ona nə dərəcədə rəsmi strukturlar, Kreml tərəfindən təzyiqlər olacaqsa, bu bir qayda olaraq Navanlının xeyrinə işləyəcək. Burada 2-3 variant var. Ya onu həbs etməlidirlər, ya onu azad buraxmalıdırlar, ya da bu proseslərin hamısı ilə bağlı geniş araşdırma aparılmalıdır. Rusiya ictimaiyyəti doğru-düzgün məlumat almalıdır ki, bu baş verənlərin kökündə nə dayanır, niyə bu qədər hay-küy qalxdı. Guya bunu öldürmək istəyiblər, təyyarədə halı pisləşib. Rusiya əgər bunu məhv etmək istəyirdisə, niyə Almaniyaya ötürürdülər? Bu baxımdan Navalnı işi müəmmalıdır. Bu ifadədən xoşum gəlməsə də deyəcəm, bu bir siyasi oyundur. Burada maraqlı tərəflərin hər birinin özünün hesabları var. Bundan maksimum yararlanmağa çalışırlar”.

Politoloq fikirlərini belə davam etdirdi: “Bu adam qəlibdən çıxıb, indi kimə gəldi işləyir. Nə qədər qəribə səslənsə də, bunu deməli idim. Bəzi hallarda bu şəxs o qədər öz prinsiplərinə dönük çıxır ki, təəccübə də səbəb olur. Adicə bir fakt deyim. Azərbaycan-Ermənistan qarşıdurmasında onun mövqeyi, yanaşması saxta, biabırçı şəkildə dağıdıcı idi. Çünkib o, ermənipərəst mövqe sərgiləmişdi. Ümumiyyətlə, İslam dünyasına o adamın çox mənfi münasibəti var. Belə başa düşürəm ki, bu adamı bir neçə mərkəz oynadır. Skripal olayına, ”Maqnitski aktı” kimi məsələlərə diqqət edək. Burada bir xətt görürük. Bu xətti də gücləndirən, yükləyən xarici kəşfiyyat orqanlarıdır. Hazırda Amerika daxilində dağıdıcı proseslər gedir. Demokratlarla respublikaçılar bir-birini qırırlar. Trampla Bayden az qala bir-birini söyüşlə qarşılayırlar. Amerika mərkəzlərində, Konqresin özündə deyirlər ki, bu, Rusiyanın işidir. Qərb kəşfiyyat orqanlarının xüsusi bir proqramı var ki, Rusiyanı yenə də bədnam etsinlər, bu ölkədə demokratik normaların olmadığını diqqətlərə gətirsinlər və Kremlə qarşı sanksiyaları gücləndirsinlər. Bir fakt deyim. Amerika İranda vaksin hazırlayan şirkətlərə qarşı sanksiyalar qüvvəyə mindirdi. Bu ölkə öz vətəndaşlarının keşiyində durub, səndən vaksin götürmək istəmir, Qərbdən almaq istəmir. Deyir ki, öz vaksinim var, özümə dost hesab etdiyim ölkələrlə bunların hamısını həll edirəm. Pandemiya başlayan kimi İrana embarqo qoydular ki, dərman vasitələri gətirməsinlər. Qərbin münasibəti budur. Bunları önə çəkməkdə əsl məqsədim var. Navalnı bu və ya digər oyunların iştirakçısıdır. Amma onu da deyim ki, əgər Navalnı Kreml üçün ciddi təhlükə olardısa, onun xarici pasportunu əlindən alacaqdılar və iş bitəcəkdi. Necə olur ki, o, istənilən vaxt xaricə gedib gəlir? Düşünürəm ki, hər şey bəllidir, məlumdur”.

Şoyqunun Bakı andı: savaş olsa, Rusiya Qarabağda bizə qarşı çıxarmı?

Siyasi şərhçi Əhəd Məmmədli: “Əvvəla, Navalnını Putinin əsas rəqibi saymıram. Xodorkovskini Putin üçün daha təhlükəli hesab edirəm. Elə olmasaydı, Putin Xodorkovskini didərgin salmazdı. Navalnının isə əksinə, vətənə qayıtmağına Putin əngəl törətmir. Çünki Putinə Xodorkovskidənsə Navalnı müxalifət olaraq daha uyğundur. Xodorkovski oliqarxdır, Qərb dairələri ilə əlaqələri daha sıxdır və ən əsas ştrixlərdən də yəhudidir. Bu cür rəqib Putin üçün daha təhlükəlidir, nəinki millətçi-faşist Navalnı. Çünki ağır çəkili biznesmen-siyasətçi Xodorkovski faşist-millətçi Navalnıdan Qərbdə daha çox qəbul olunur. Buna görə də Putin Navalnıdan daha çox Xodorkovskidən çəkinir. Navalnının qayıdışı onun Avropada qalmağından Putinə daha çox sərf edir. Onun zəhərləndiyi barədə açıqlaması, gözlənildiyi kimi, Rusiyada ciddi rezonans doğurmadı. Sosial şəbəkələr bir az çığır-bağır saldılar, vəssalam. Xodorkovski, Kasparov mühacirətdə, Navalnı da Rusiyada olmalıdır ki, Putin dünyaya demokratiya götüntüsü versin. Unutmayaq ki, dünyada iki ölkə var. Oradakı hadisələrin Azərbaycana təsiri var. Bu ölkələr Türkiyə və Rusiyadır”.

Müsavat.com

Həmçinin oxuyun

Rəsul Quliyev sevindi, lideri olduğu partiyanın sədri onu qınadı – QALMAQAL

Ermənistan baş naziri Nikol Paşinyan martın 1-də İrəvanda on minlərlə insanın qatıldığı mitinq keçirdi. Baş …