Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / NATO azərbaycanlı zabitlərə dərs keçdi

NATO azərbaycanlı zabitlərə dərs keçdi

NATO-nun Quru Qoşunları İzmir komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq” mövzusunda kurs təşkil edilib.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, təlim kursu Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin birgə iştirakı ilə keçirilib.

İştirakçılara operativ və taktiki səviyyədə “Döyüş sahəsinin hazırlığı”, “Məlumatların toplanılması, təhlili və ötürülməsi” və digər mövzularda mühazirələr təqdim olunub, eləcə də praktiki vərdişlərin artırılması məqsədilə sülhməramlı əməliyyatlar ssenarisinə uyğun komanda-qərargah məşqləri keçirilib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın