Şənbə , Noyabr 16 2019
Ana səhifə / Siyasət / Natiq Cəfərlidən “REAL”dakı son qopma ilə bağlı növbəti açıqlama

Natiq Cəfərlidən “REAL”dakı son qopma ilə bağlı növbəti açıqlama

REAL Partiyasının məclis üzvü Azər Qasımlının partiya sıralarını tərk etməsi ilə bağlı qalmaqal səngimir.

Partiyanın icra katibi Natiq Cəfərli bu hadisə ətrafında yaranan bəzi rəylərə sosial şəbəkə vasitəsilə toplu şəkildə cavab verib. N.Cəfərli aşağıdakıları yazıb: “REAL-a İlqara görə gələnlər sırağa gündən, Erkinə, Natiqə, Rəsula, Xalidə görə gələnlər dünəndən, Azərə görə gələnlər isə bu gündən getsinlər. REAL bu ölkənin indiki dönəminin (gələcəkdə daha yaxşıları mütləq olacaq) son şansı, dəyərləri, vizionu, aydın hədəfləri olan təşkilat, şəxsi uğur hekayəsi olan liderlərin partiyasıdır. REAL həm də yol açmaq üçün yarandı, sabah biz olmasaq da REAL olacaq – çünki şəxs üzərində qurulan təşkilat deyil və bunu ən çox da bu gün qapını çırpıb gedənlər bilirlər. REAL həm də şəxsi maraqlarını, içiboş ambisiyalarını, inciklərini ümumi faydaya görə içinə gömməyi bacaran şəxsiyyətlərin təşkilatıdlr. REAL-ın təməl fəlsəfəsi kollektiv kimlikdi, həmişə də belə olacaq! Siyasətə gəlməyi öyrənmək kimi, getməyi də bacarmaq lazımdı, gedərkən də içdiyin qabın içinə tüpürməmək böyüklüyü də vacibdir. Zaman-zaman müxtəlif səbəblərə görə REAL-ın vitrinində olan sevimli, önəmli insanlar sıralarımızı tərk edib, amma hər biri REAL-ın təməl fəlsəfəsinə sadiq insanlar olduğu üçün bunu şouya çevirməyiblər. Həmin insanları hamınız tanıyırsız, onlara bir daha təşəkkür edirəm və tezliklə onları yenidən “yuvada” görəcəyimizə ümid edirəm, hətta buna əminəm! REAL ölkə tarixində öz rolunu oynayıb, oynayır, oynayacaq da! Hədəf Cümhuriyyət – gerisi təfərrüat”. Musavat.com

Həmçinin oxuyun

Rəfael Piriyev deportasiya edilmək üçün Fransadan Almaniyaya gətirildi

Fransada tutularaq Almaniyaya gətirilən Rəfael Piriyev adlı Azərbaycan vətəndaşının barəsində olan deportasiya qərarı icra olunacaq.Unikal.org …