Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Natiq Ədilovun “diplomsuzlar” ittihamına Razi Nurullayevdən cavab gəldi 

Natiq Ədilovun “diplomsuzlar” ittihamına Razi Nurullayevdən cavab gəldi 

Azinforum.az xəbər verir ki, AXCP-nin mühacirətdə yaşayan fəalı  Natiq Ədilov partiyanın adına iddia edən  Razi Nurullayevin cəmiyyətə təqdim etdiyi yeni komandasının üzvləri haqda fikilərini bildirib. Onun sosial şəbəkədə paylaşdığı statusu olduğu kimi təqdim edirik:
“Müdriklər deyir ki, bir yalanı ört-basdır eləmək üçün dördünü uydurmaq lazımdır.
Elə bu səbəbdəndi ki, möhür eşqi ilə yaşayan Razi Nurullayev son iki gündə yalanın içində itib batıb.
Diqqət edin, bu şəxs partiyadan çıxarılan iki şəxsi- Ehtiram Mehdiyevi politoloq, Cavid Musazadəni konfliktoloq kimi cəmiyyətə təqdim edir. Bu yoldaşların heç birinin ali təhsili yoxdur, təbii ki belə olanda ixtisas da olmur. Məni düz başa düşün, ali savadı olmayan siyasətdə ola bilməz deyə bir şey yoxdur. Təhsili olmayanlar da siyasətdə iştirak edə bilər.
Fəqət, bu ayrı , cəmiyyətə açıq aşkar yalan demək ayrı.
Çox təəssüf ki, bu gənclər özləri də Razinin rütbə paylamasından məmnundular. Əsk halda bu təqdimata etiraz edərdilər.
Yalan ayaq tutar amma yeriməz.
Siz siyasi topalsınız!
Yaxşı olardı ki, bizdən möhür tələb etməzdən əvvəl ali məktəblərin birindən əlborcuna iki-üç diplom götürərdiniz”.

Azinforum.az yeni komandasının üzvlərilə bağlı səslənən fikirlərə Razi Nurullayevin münasibətini öyrənib. O, bildirib ki, bu gənclərin kölgədə qalmaması, irəli getməsi, yeni sima kimi cəmiyyətə təqdim olunması onları çox incidir: “İçləri göynəyir. Çünki, onlar və lider dediyi şəxs gəncliyi boğub və yaltaqları ətrafına yığıb. Bu gənc siyasətçilər ən çətin missiya və fədakarlığı yerinə yetiriblər. Bəhrəsini isə onlar görüb. Biz bu steoriotipləri qırırıq və cəmiyyətə layiqli insanları təqdim edirik. Hansı ki, cəmiyyət onları çoxdan tanımalı idi”.

Azinforum.az

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın