Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Nar”ın dəstək olduğu yarışının 7-ci mövsümü başa çatdı

“Nar”ın dəstək olduğu yarışının 7-ci mövsümü başa çatdı

“Brain Ring” intellektual müsabiqəsinin 7-ci mövsümü artıq başa çatdı. “Nar”ın ənənəvi olaraq dəstək olduğu bilik yarışına ölkənin 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda qatıldı. Beş ay boyunca davam edən bilik mübarizəsindən sonra mövsümün qalibi Bakı şəhərini təmsil edən “İçərişəhər” klubu oldu.

“Nar” bütün iştirakçıları və qalibləri bu uğurlu layihədə iştirak münasibəti ilə bir daha təbrik edir.

Qeyd edək ki, “Nar” gənclərin maarifləndirilməsinə və intellektual fərdlərin formalaşmasına yönələn layihələri özünün Korporativ Məsuliyyət Strategiyası (KSM) çərçivəsində dəstəkləməyə davam edəcəkdir.

“Nar”ın korporativ məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın